Reklam verin!

Blog Haqqında

Mesiha
Məsiağa Məhəmmədinin bloqu
Technorati Profile
Add to Technorati Favorites
Page copy protected against web site content infringement by Copyscape

Axtarış

Keçidlər

Açar sözlər

Sayğac

  • İndi blogda: 28
  • Keçən ayın hiti: 7559
  • Dünənki hit: 234
  • Bugünkü hit: 66
  • Ümumi hit: 41806
    • Google PageRank Checker
        Cultural  Blogs - Blog Catalog Blog Directory

۞ GƏLƏCƏK GÜN ۞

O GÜN MÜTLƏQ GƏLƏCƏK, YAZIN GƏLİŞİ KİMİ...

İRANIN TƏZƏ VƏKİLİ PEYDA OLUB

Mesiha Noyabr 29, 2007 8:51
Bizdə İrana vəkillik edənlər az deyil. Xüsusən nüvə proqramı ilə bağlı ABŞ-İran münasibətləri kəskinləşəndən, müharibə ehtimalı güclənəndən sonra onların səsi daha aydın eşidilməyə başlayıb. Mən qətiyyən Nardaran hacılarını nəzərdə tutmuram. Söhbət illərdən bəri demokratiya və dünyəvilikdən dəm vuran kostyumlu-qalstuklu (bəzən də eynəkli) partiya sədrlərindən, jurnalistlərin tez-tez üz tutduğu ekspertlərdən və politoloqlardan gedir. Hərdən onların çıxışlarına baxanda «Roma papasından daha artıq katolik olmaq» (indiki halda «Qum ayətullahından daha artıq irançı olmaq» da deyə bilərik) ifadəsi yada düşür. Məsələn, bir müddət əvvəl Nəzirməmməd Qaramanlı adlı bir politoloq ölkənin nüfuzlu qəzetlərindən olan «525-ci qəzet»də silsilə yazılarla çıxış edib İranı o ki var təriflədi, nəinki ABŞ-a, hətta 1945-46-cı illərdə mövcud olmuş Azərbaycan Milli Hökumətinə və indi Güneydə gedən milli hərəkata qarşı müxtəlif ittihamlar səsləndirdi, heç kəs də ona heç nə demədi. Davamı...
Şərhlər(1) Yazını "XəbərNamə"yə göndər! Bookmark and Share Baxış sayı:94 Noyabr 29, 2007 8:51

“GÜNEY MÜSTƏQİL OLACAQ VƏ QUZEYLƏ BİRLƏŞƏCƏK”

Mesiha Noyabr 29, 2007 3:14
Əhməd Obalı: “Bütöv Azərbaycan ABŞ-ın maraqlarına zidd deyil”

O, bizim güneyli qardaşımızdır. Ərdəbil mahalından olan qonağımız elə doğma yurdunda müxalif fikirlərinə görə zindan həyatı da yaşayıb. Girov müqabilində zindandan çıxandan sonra isə gizli yollarla doğma vətənini tərk etməyə vadar olub. Artıq 25 ildir ki, ABŞ-ın Çikaqo şəhərində yaşayır. Budəfəki qonağımız Əhməd Obalıdır. Artıq üç ildir fəaliyyətdə olan Güney Azərbaycan Televiziyasının (Gün.AzTV) rəhbəri, Demokratik Dünya Azərbaycanlıları Konqresinin sədr müavini.

Əhməd Obalı Güney Azərbaycanda repressiyaların indiki zamanda da davam etməsini üzgünlüklə qeyd eləyir: “Bu gün Güneydə siyasi hərəkat yoxdur. Hazırda Güney Azərbaycanda artıq milli hərəkat var. Bilirsiniz ki, zaman dəyişdikcə siyasi qruplar fikirlərini, istəklərini dəyişə, yaxud alverə gedə bilirlər. Amma milli məsələdə dəyişiklik olmur. Milli məsələdə ya haqq verilməlidir, ya da o, güclə alınacaq. Əgər bir hərəkat nahaq, məntiqsiz istəklər üstündə başlanıbsa, uğur qazansa belə, böyük ehtimalla o, arada cayacaq. Bizim hərəkat haqq bir hərəkatdır. Biz insani haqlardan ayrı bir haqq istəmirik. İkincisi, hərəkatın təməlinə, bünövrəsinə baxanda görürük ki, bu millətin içindən qalxmış və əksəriyyətin istəyini ifadə edir. Bunu bir nəfər qaldırmayıb ki, həmin bir nəfəri öldürməklə hərəkatı yatırmaq mümkün olsun. Hərəkat millətin içindədir. Üçüncüsü, bütün dünyada milli-azadlıq hərəkatı gedir. Digər tərəfdən, güneydəki milli hərəkat yeni deyil, onun uzun tarixi var. İndi çox mühüm bir fürsət yaranıb. Yəni Quzey Azərbaycanın müstəqilliyi milli hərəkata daha da güc verir. Hakimiyyətində və ya müxalifətində kimin olmasından asılı olmayaraq, Azərbaycan dövləti və bayrağı varsa, Güney Azərbaycanda milli hərəkat davam edəcək”.

                             obali Davamı...
Şərhlər(0) Yazını "XəbərNamə"yə göndər! Bookmark and Share Baxış sayı:95 Noyabr 29, 2007 3:14

Pərvanə Məmmədli. «ZƏNCIRDƏ ƏSIRKƏN, YENƏ DƏ HÜRR OLA BILDIK...»

Mesiha Noyabr 29, 2007 1:53
Həmid Nitqinin həyat və yaradıcılığı haqqında qeydlər

Güney Azərbaycanın yüksək amallı ziyalılar nəslinə mənsub olan Həmid Nitqi tanınmış alim, pedaqoq, şair, ədəbiyyatşünas və dilçi idi. O, 1920-ci ildə Təbrizdə doğulmuş, ibtidai təhsilini İranda ilk dünyəvi təhsil sistemini (üsuli-cədid) yaratmış məşhur maarifçi Mirzə Həsən Rüşdiyyənin Təbrizdə açdığı məktəbdə almışdı. H.Nitqi 1933-cü ildə Firdovsi litseyində təhsilini davam etdirir. Həmin litseydlə coğrafiya fənnindən dərs deyən şair Həbib Sahir onda ədəbiyyata, şeirə böyük maraq yaradır. Sonralar qələmə aldığı «Müəllimim» şeiri məhz Həbib Sahirə ünvanlanmışdır. Onun ilk şeiri 15 yaşında «Şahin» qəzetində çap olunur.
Tehran Universitetinin hüquq fakültəsini bitirdikdən sonra H.Nitqi 1943-cü ildə Türkiyəyə gedib orada elmi yaradıcılıqla məşğul olur. İstanbul mühiti onun dünyagörüşü və yaradıcılığında böyük iz qoyur. O hüquqşünaslıq sahəsində biliyini artırmaqla yanaşı, türk dünyasının ədəbi mühiti ilə də yaxından tanış olur. Tehranda adını belə eşitmədiyi şairlərin əsərlərini oxuyur, onların bir çoxu ilə görüşə bilir.

                    nitqi Davamı...
Şərhlər(0) Yazını "XəbərNamə"yə göndər! Bookmark and Share Baxış sayı:95 Noyabr 29, 2007 1:53

İRANDA MARKESİN ROMANI QADAĞAN EDİLİB

Mesiha Noyabr 28, 2007 3:10
Amma bu, farsdilli oxucuların əsərlə tanışlığına mane ola bilməyib

Məşhur Kolumbiya yazıçısı, Nobel mükafatı laureatı, 80 yaşlı Qabriel Qarsia Markesin «Mənim qəmgin fahişələrimin xatirələri» (Memories of My Melancholy Whores) adlı son romanı İran İslam Respublikasında qadağan edilib. Əsər bir müddət əvvəl Kavə Mirabbasi tərəfindən farscaya çevrilərək müvafiq icazə aldıqdan sonra senzura olunmuş variantda «Mənim qəmgin məşuqələrimin xatirələri» (Xaterate-delbərəkane-qəmgine-mən) adı ilə 5500 nüsxədə çap olunub və üç həftə ərzində satılıb qurtarıb. Yalnız əsərin təkrar çapına icazə üçün müraciət edildikdə, hakimiyyət orqanları romanın orijinal adına və məzmununa fikir verib onun nəşrinə və yayılmasına qadağa qoyublar. Bu işdə mühafizəkar ruhani dairələrdən edilən xəbərdarlıqlar da öz rolunu oynayıb. İranın Mədəniyyət naziri bildirib ki, kitabın birinci nəşrinə icazə verilməsi «bürokratik səhv» olub. Həmin icazə üçün məsuliyyət daşıyan məmur isə artıq işdən azad edilib.

                markes   Davamı...
Şərhlər(0) Yazını "XəbərNamə"yə göndər! Bookmark and Share Baxış sayı:95 Noyabr 28, 2007 3:10

Sübhan Talıblı. İRANIN QAFQAZ SİYASƏTİNDƏ ERMƏNİSTAN

Mesiha Noyabr 27, 2007 1:51
(1991-2006-cı illər)

İran İslam Respublikasının (İİR) xarici siyasətində keçmiş sovet məkanı, MDB ölkələrilə münasibətlərə xüsusi diqqət yetirilir. Tehran Cənubi Qafqazda nüfuz uğrunda Qərb dövlətləri, eləcə də Türkiyə ilə ciddi mübarizə aparır. ABŞ və Rusiyanın Qafqaz regionundakı rəqabətindən İran da imkan düşdükcə istifadə edir və bu zaman respublikaların müəyyən problemlərindən faydalanaraq, onları öz tərəfinə çəkməyə çalışır. Tehran bu zaman, əlbəttə, öz maraqlarından çıxış edir.
İran Ermənistan əlaqələri hələ 1918-ji ildə qurulmuşdu. O zaman Ermənistanın Azərbaycana və Gürcüstana qarşı ərazi iddiaları onu Tehrana daha da yaxınlaşdırdı. Bu məqsədlə Prons Hoseb Arbotiyan adlı erməni Tehrana səfir göndərildi.

               ko_ehmed Davamı...
Şərhlər(0) Yazını "XəbərNamə"yə göndər! Bookmark and Share Baxış sayı:284 Noyabr 27, 2007 1:51

Xanəmir. TƏBRİZ

Mesiha Noyabr 27, 2007 1:41
Ey dadi bi dad danəndə dərviş
Bax bu gecənin müsəlmanlığında
Bir azdan açacaq dan yüzünün türklüyündə
Təbrizin adını yaz deyu çəkmək istəyirəm
Təbrizi yaz çəkmək çağırmaq istəyirəm

Hansısa bir türk dərvişi oğurlayıb yuxumu
Gecələr nədən bu ad mənə böylə doğmadır
Qız olsa sevərdim tutuşardım
Kişi olsa onunla zor günlərə dost dost olardım

tebriz_elgoli Davamı...
Şərhlər(0) Yazını "XəbərNamə"yə göndər! Bookmark and Share Baxış sayı:100 Noyabr 27, 2007 1:41

Əkrəm Rəhimli. GÜNEY AZƏRBAYCAN İRANIN İNZİBATİ-ƏRAZİ BÖLGÜSÜNDƏ

Mesiha Noyabr 26, 2007 2:03
İki imperiya dövləti – Rus çarizmi ilə İran şahlığı arasında bağlanmış «Gülüstan» (1813) «Türkmənçay» (1828) müqavilələri ilə o vaxta qədər ərazisi 400 min kv.km-dən çox olan Azərbaycan zorla iki yerə parçalandı: 280 kv.km İran padşahlığının, 130 kv.km isə çar Rusiyasının ixtiyarına keçdi. Beləliklə, eyni kökə, eyni dilə və inanca, vahid Vətənə malik olan bir xalq ədalətsizcəsinə ikiyə bölündü və bu ayrılıq indi də davam edir.
Bəzi xırda dəyişikliklər nəzərə alınmazsa, Pəhləvilərin hakimiyyətə yiyələndiyi tarixədək (1925) İran şahlığına qatılmış Güney Azərbaycanın ərazi bütövlüyü qorunub saxlanılmışdı. 1906-cı ildə qəbul edilmiş seçki məcəlləsində İran ərazisinin aşağıdakı əyalətlərdən ibarət olduğu qeyd edilmişdi: Azərbaycan, Xorasan, Fars və Sistan əyalətləri. Azərbaycan əyaləti iqtisadi, mədəni, elmi potensialı və coğrafi mövqeyinə görə aparıcı əyalət hesab olunurdu və ölkənin vəliəhdi bir qayda olaraq bu əyalətdə – Təbrizdə otururdu.

guney_azerb. Davamı...
Şərhlər(3) Yazını "XəbərNamə"yə göndər! Bookmark and Share Baxış sayı:119 Noyabr 26, 2007 2:03

RZA BƏRAHƏNI: «PIŞƏVƏRI BÖYÜK BIR NÜMUNƏDIR»

Mesiha Noyabr 25, 2007 1:15
«Heç yerdə deyilməyib ki, fars dili müqəddəs dildir»


Bir müddət əvvəl məşhur yazıçı, doktor Rza Bərahəni «GünAz TV»-nin aparıcısı Əhməd Obalıya canlı efirdə geniş müsahibə verib. Böyük yazıçı-mütəfəkkirin Güney Azərbaycanın tarixi və bu günü, milli-mədəni problemləri, ədəbiyyatı barədə fikirlərinin əhəmiyyətini nəzərə alıb həmin müsahibənin mətnini cüzi ixtisarlar və zəruri redaktə ilə oxuculara təqdim edirik.
- Cənab doktor, bir az sizin çətin günlərinizdən danışaq. Uşaqlığınızdan nə fikrinizdə var, nə xatirəniz var?
- Mənim məktəbə getməyim II dünya müharibəsində İranın işğalı illərinə təsadüf edir. Bu barədə mənim böyük xatirələrim var və həmin xatirələrin əksəriyyətini mən romanlarımda yazmışam. Məktəb o vaxt, əlbəttə, farsca idi. Amma üç-dörd il sonra Demokrat Firqəsi təşkil olundu və məktəbə gəlib dedilər ki, hər şeyi gərək ana dilində öyrənək. Bu, yaxşı bir dövr idi. Çünki biz evdə anamızdan, atamızdan bir dili öyrənmişdik, amma məktəbə gələndə gördük ki, orada ayrı bir dil var. Mənim nəzərimdə bu, böyük bir faciədir ki, kimsə bir dillə doğula, amma təhsil almaq istəyəndə ayrı bir dildə oxuya. Təbii ki, insan öz dilində oxumaqla yanaşı başqa dillərdə də təhsil alırsa, bu, çox yaxşı bir şeydir, üstünlükdür. Amma təəssüf ki, bizdə bu cür deyildi. Mən düşünürəm ki, İranda farsca alınan təhsil ümumən ana ilə uşaqların əlaqəsini qırır.


                                 rza_barah

Davamı...
Şərhlər(1) Yazını "XəbərNamə"yə göndər! Bookmark and Share Baxış sayı:111 Noyabr 25, 2007 1:15

H.M.Savalan. NIYƏ MƏNƏ «PAN» DEDIN?!

Mesiha Noyabr 25, 2007 1:08
Mən dilimdən danışdım,
Onu mənə «dan!» dedin.

Mən elimdən danışdım,
Mənə cavab «qan» dedin.

Arxanda mən dayandım,
Özgələrə «can!» dedin.

Davamı...
Şərhlər(0) Yazını "XəbərNamə"yə göndər! Bookmark and Share Baxış sayı:87 Noyabr 25, 2007 1:08

Talas Avşarlı. GÜNEY AZƏRBAYCANIN QƏRB BÖLGƏSİNİN DEMOQRAFİK STRUKTURU

Mesiha Noyabr 23, 2007 3:07
Giriş
Güney Azərbaycanın qərb bölgəsi geopolitik statusu və demoqrafik strukturu üzündən xüsusən son yüzildə ağır faciələrlə qarşılaşmışdır. Böyük güclər öz maraqlarını təmin etmək üçün həyata keçirdikləri dağıdıcı fəaliyyətlərdə bölgədəki etnik azlıqlardan istifadə etmiş və regionu ağır insani və iqtisadi zərərlərə məruz qoymuşlar. İngiltərə, Fransa və Rusiyanın kitabxanalarında kürd tarixi, mədəniyyəti və tayfa quruluşu haqqında yazılmış olan on minlərlə kitab, məqalə və kürdologiya institutları bu siyasətin bir göstəricisidir.
Güney Azərbaycanın qərbində Azərbaycan türkləri ilə yanaşı bölgənin quzeyində erməni və assurilər, güneyində isə kürdlər yaşamaqdadır. Bu etnik qruplar, xüsusən kürdlər özbaşınalıq və üsyanları ilə ciddi problemlərlə üzləşdirdikləri bölgənin demoqrafik strukturunun dəyişməsinə səbəb olmuşlar. Davamı...
Şərhlər(0) Yazını "XəbərNamə"yə göndər! Bookmark and Share Baxış sayı:101 Noyabr 23, 2007 3:07

  Yazılar cəmi: 16    Sonrakı səhifə »
© 2007 Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Materiallardan istifadə edilərkən qaynaq mütləq göstərilməlidir - Dəstək: AzeriBlog.com