Həm 21 Azər hərəkatına hazırlıq getdiyi, həm də hərəkatın qələbəsi və Milli Hökumətin qurulması ilə Azərbaycan tarixinin yeni şanlı səhifələrinin yazıldığı dövrdə Güneydə ədəbiyyatın inkişafında böyük canlanma yaranmışdı. Ədəbiyyat bütün zamanlarda dövrün nəbzini tutmuş, ictimai-siyasi hərəkatlarla bərabər addımlamış, zamanın aynası olmuş, baş verən hadisələri parlaq şəkildə əks etdirmişdir. Çünki xalqın taleyi, həyatı ilə bağlı olan bu böyük məsələlərə yazıçı və şairlər heç vaxt biganə qala bilməz, baş verən hadisə və hərəkatlara laqeydlik göstərə bilməzlər. Xalqımızın ruhunu, arzu və istəklərini qələmə alan, ürəyi, ruhu, varlığı ilə Vətənə, elinə, dilinə bağlı olan vətənpərvər, təəssübkeş qələm sahibləri, şairlər tarix boyu Azərbaycan varlığını, Azərbaycan dilini, Azərbaycan milli mədəniyyətini əks etdirən, qoruyan dolğun, mənalı, kamil bədii əsərlər yaratmışlar.
Davamı...