Reklam verin!

Blog Haqqında

Mesiha
Məsiağa Məhəmmədinin bloqu
Technorati Profile
Add to Technorati Favorites
Page copy protected against web site content infringement by Copyscape

Axtarış

Keçidlər

Açar sözlər

Sayğac

  • İndi blogda: 35
  • Keçən ayın hiti: 7559
  • Dünənki hit: 234
  • Bugünkü hit: 74
  • Ümumi hit: 41814
    • Google PageRank Checker
        Cultural  Blogs - Blog Catalog Blog Directory

۞ GƏLƏCƏK GÜN ۞

O GÜN MÜTLƏQ GƏLƏCƏK, YAZIN GƏLİŞİ KİMİ...

Adıgözəl Məmmədov. MİRCƏFƏR BAĞIROV VƏ CƏNUBİ AZƏRBAYCAN

Mesiha Avqust 12, 2007 8:20

Üçüncü hissə

Ordu generalı, Sovet İttifaqı Qəhrəmanı İ.İ.Maslennikov 1939-cu ildə Beriya tərəfindən sərhəd qoşunları komandanı və daxili işlər xalq komissarının müavini vəzifəsinə təqdim edilmiş, 1942-1943-cü illərdə isə Zaqafqaziya cəbhəsi və Şimali Qafqaz cəbhəsinin Şimal qoşun qrupunun komandanı olmuşdu. 1952-ci ildə “Voyennaya mısl” jurnalının avqust nömrəsində Zavyalov və Kalyadinin “Qafqaz uğrunda döyüş” başlıqlı məqaləsi çıxmışdı. Bu məqalə ilə bağlı Maslennikov Baş qərargahın Hərbi-elmi idarəsinin rəisinə məktub göndərərək yazmışdı:


bagirov_mir

Davamı...
Şərhlər(1) Yazını "XəbərNamə"yə göndər! Bookmark and Share Baxış sayı:143 Avqust 12, 2007 8:20

Adıgözəl Məmmədov. MİRCƏFƏR BAĞIROV VƏ CƏNUBİ AZƏRBAYCAN

Mesiha Avqust 12, 2007 8:17
İkinci hissə

F № 1, siy. № 89, iş № 95
Tam məxfi
SSRİ Daxili İşlər Xalq Komissarı
Sovet İttifaqı marşalı
L.P.Beriya yoldaşa

ÜİK(b)P MK-nın İran Azərbaycanı və Şimali Kürdüstan məsələsi ilə bağlı 8 oktyabr 1945-ci il tarixli qətnaməsinin icra olunması məqsədilə tərəfimizdən aşağıdakılar həyata keçirilmişdir:

pishev_adigozel2 Davamı...
Şərhlər(0) Yazını "XəbərNamə"yə göndər! Bookmark and Share Baxış sayı:130 Avqust 12, 2007 8:17

Adıgözəl Məmmədov. MİRCƏFƏR BAĞIROV VƏ CƏNUBİ AZƏRBAYCAN

Mesiha Avqust 12, 2007 8:14

Birinci hissə 

İkinci Dünya müharibəsi başlandıqdan sonra 4 sentyabr 1939-cu ildə İran tərəfindən bitərəflik haqqında bəyanat verilsə də, Hitler Almaniyası ilə sıx münasibətlər hələ də qalırdı. İran rəhbəri Rza şah Almaniyanın millətin “ariliyi” haqqında təbliğatından ruhlanaraq, artıq Sovet Azərbaycanı və Orta Asiya ərazilərinə iddialar səsləndirirdi. Bildirilirdi ki, İran qədim “arilərin” yaşadığı ərazidir, guya bu “arilər” mühacirət edib german tayfalarını yaradıblar. Hətta İran şahı SSRİ-nin xarici işlər üzrə xalq komissarına 17 may 1940-cı il tarixli 643 saylı nota göndərmiş və bu notada Azərbaycan SSR-i «Qafqaz Azərbaycanı» adlandırmışdı (Cəmil Həsənli. Soyuq müharibənin başlandığı yer: Güney Azərbaycan). İranın bu cür bəyanatlarından sonra SSRİ və İngiltərənin rəhbərliyi hərəkətə gəldi. SSRİ-nin xüsusi xidmət orqanları İran şahı əleyhinə qüvvələrin yaradılması məqsədilə məlumat toplamağa başladı. 1941-ci ilin yanvarında Cənubi Azərbaycan və İran Kürdüstanı haqqında 211 səhifəlik texniki-iqtisadi informasiya hazırlandı.

adigozel3 Davamı...
Şərhlər(1) Yazını "XəbərNamə"yə göndər! Bookmark and Share Baxış sayı:233 Avqust 12, 2007 8:14

ABBAS LİSANİ DÖZÜLMƏZ ŞƏRAİTDƏ SAXLANIR

Mesiha Avqust 12, 2007 6:00
O, 4 qatil və 3 narkomanla bir kameraya salınıb
 
Güney Azərbaycan Milli Hərəkatının önəmli simalarından olan Abbas bəy Lisaniyə qarşı rejimin təzyiqləri artmaqda davam edir. Etibarlı mənbənin verdiyi məlumata görə, Lisani hal-hazırda Ərdəbil zindanında müxtəlif xəstəlikləri olan dörd qatil və üç narkomanla bir kamerada saxlanır.


                                       leysanli Davamı...
Şərhlər(0) Yazını "XəbərNamə"yə göndər! Bookmark and Share Baxış sayı:103 Avqust 12, 2007 6:00

BÜTÖV AZƏRBAYCANIN ŞAİRİ

Mesiha Avqust 12, 2007 4:50
Sabir Rüstəmxanlının 60 yaşına

Tarix boyu ədəbiyyatda və sənətdə, ictimai həyatda və siyasətdə, dində və fəlsəfədə mövqeyini, əqidəsini, baxışlarını, bir sözlə, yolunu dəyişənlər çox olub. Mən, əlbəttə, tez-tez cildini dəyişən buqələmunları, külək hara əsdi, ora dönənləri, mənsəb, sərvət və şöhrət xatirinə gündə min sifətə düşənləri nəzərdə tutmuram. Söhbət həqiqət axtarışı prosesində müəyyən daxili zehni və ruhi təbəddülatın, yaxud hansısa kənar hadisə və ya insanın təsiri nəticəsində ciddi bir şəxsdə baş verən əsaslı və köklü dəyişiklikdən gedir. İstər keçmişdə, istərsə də günümüzdə bunun örnəkləri yetərincədir.

sabir_20rustemxanli

Davamı...
Şərhlər(0) Yazını "XəbərNamə"yə göndər! Bookmark and Share Baxış sayı:151 Avqust 12, 2007 4:50

Sirus Mədədi. Güney Azərbaycan Milli-demokratik hərəkatı liderlərinin SSRİ rəhbərliyinə məktubu

Mesiha Avqust 12, 2007 4:47


Aşağıda mətnini verdiyimiz sənəd Azərbaycan Milli hökuməti rəhbərlərinin 17 azər 1325-ci il (8 dekabr 1946-cı il) tarixdə SSRİ rəhbərliyinə göndərdiyi məktubdur. Güney Azərbaycanın şah ordusu və iri mülkədarların silahlı dəstələri tərəfindən işğal edilməsindən cəmi bir neçə gün əvvəl yazılmış bu məktub Azərbaycan demokratik hərəkatı barədə tarixi həqiqətləri əks etdirmək baxımından misilsiz əhəmiyyətə malikdir.


pishevari-mektub

Davamı...
Şərhlər(0) Yazını "XəbərNamə"yə göndər! Bookmark and Share Baxış sayı:109 Avqust 12, 2007 4:47

Şövkət Tağıyeva. 21 AZƏR HƏRƏKATI İLƏ BAĞLI BƏZİ MÜLAHİZƏLƏR

Mesiha Avqust 12, 2007 4:44

Hal-hazırda, Güneydə çoxmilyonlu Azərbaycan türklərinin milli haqları və geniş mənada demokratiya mübarizə apardığı bir dövrdə 21 Azər hərəkatına, yəni 1945-ci ilin 12 dekabrında (İran təqvimi ilə Azər ayının 21-də) Güney Azərbaycanda qələbə ilə nəticələnmiş hərəkata bir daha qayıtmağa ehtiyac var. Mövcud şərait həm hadisələrin iştirakçı və şahidlərindən, həm də tarixçilərdən hərəkatın qaranlıq, bu vaxtadək örtülü qalmış cəhətlərinin açılmasını, ona həqiqi, obyektiv qiymət verilməsini tələb edir.

pishevari-jafar5

Davamı...
Şərhlər(0) Yazını "XəbərNamə"yə göndər! Bookmark and Share Baxış sayı:126 Avqust 12, 2007 4:44

İslam Qəribli. AZADLIQ FƏDAİSİ

Mesiha Avqust 12, 2007 4:36
Bilsinlər ki, dilsiz dinsə nə qopar!
Ə.N.Oxtay

 XX əsrin ortalarında İranda bədnam Pəhləvi rejiminin tüğyan etdiyi, qatı fars millətçi rejiminin at oynatdığı, türkçülük, azərbaycançılıq məfkurəsinin dövlət tərəfindən rəsmən qadağan olunduğu məqamda ictimai fəaliyyət meydanına atılıb Azərbaycan türklərinin haqq səsini dünyaya bəyan etmək missiyasını şərəf və ləyaqətlə yerinə yetitrən qeyrətli şəxsiyyətlərdən biri də Əlirza Nabdil Oxtay olmuşdur. 28 illik qısa, lakin çox şərəfli, ibrətamiz, zaman-zaman nəsillərə örnək ola biləcək bir ömür yaşamış Əlirza Nabdil 1944-cü ildə anadan olmuş, uşaqlıq və gənclik illəri vətənimizin əzəli və əbədi paytaxtı Təbrizdə keçmişdir.

Davamı...
Şərhlər(0) Yazını "XəbərNamə"yə göndər! Bookmark and Share Baxış sayı:85 Avqust 12, 2007 4:36

Güney Azərbaycan ziyalıları etiraz edirlər

Mesiha Avqust 11, 2007 7:30

Güney Azərbaycan ziyalılarının bir qrupu İran rejimi tərəfindən milli hərəkat fəallarının sıxışdırılmasına və jurnalistlərin qanunsuz həbsinə etiraz bəyanatı yayıb. Bəyanatda deyilir: «Azərbaycan Milli Hərəkatı vətəndaşların hüquq bərabərliyinə nail olmaq və demokratik azadlıqları genişləndirmək naminə Ümumdünya İnsan Haqları Bəyannaməsi çərçivəsində fəaliyyət göstərərək, milli kimliyin rəsmi şəkildə tanınmasına, həyatın bütün sahələrində öz mədəniyyətindən istifadə haqqının təmin olunmasına və ana dilini rəsmi təhsil dili kimi seçmək hüququnun əldə edilməsinə çalışır. Lakin təəssüf ki, bu hərəkatın dinc və sivil metodlarla, qanun əsasında fəaliyyət göstərən fəalları qeyri-qanuni təzyiqlərlə üzləşir, həbslərə, işkəncələrə və ağır hökmlərə məruz qalırlar.

mehbuslar

Davamı...
Şərhlər(0) Yazını "XəbərNamə"yə göndər! Bookmark and Share Baxış sayı:86 Avqust 11, 2007 7:30

İKİ KİTAB HAQQINDA BİR YAZI

Mesiha Avqust 11, 2007 7:25
Söz bazarının ucuzlaşdığı, efirdən və mətbuat səhifələrindən mənasız ibarələrin üstümüzə axışdığı, mətləbsiz «kərpic»lərin stolumuz üstə qalaqlanıb rəflərimizə doluşduğu bir zamanda nə yaxşı ki, böyük ideallara söykənən, millətin yaddaşını korşalmağa qoymayan kitablar da işıq üzü görür. Haqqında danışacağım iki kitab kimi... Davamı...
Şərhlər(0) Yazını "XəbərNamə"yə göndər! Bookmark and Share Baxış sayı:80 Avqust 11, 2007 7:25

  Yazılar cəmi: 16    Sonrakı səhifə »
© 2007 Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Materiallardan istifadə edilərkən qaynaq mütləq göstərilməlidir - Dəstək: AzeriBlog.com