Reklam verin!

Blog Haqqında

Mesiha
Məsiağa Məhəmmədinin bloqu

Axtarış

Keçidlər

Açar sözlər

Sayğac

  • İndi blogda: 56
  • Keçən ayın hiti: 7559
  • Dünənki hit: 234
  • Bugünkü hit: 95
  • Ümumi hit: 41835
    • Google PageRank Checker

Müxtəlif

۞ GƏLƏCƏK GÜN ۞

O GÜN MÜTLƏQ GƏLƏCƏK, YAZIN GƏLİŞİ KİMİ...

Kor Qayıqçı. GÜNAYDIN, YALANÇI BAHAR!..

Mesiha Mart 11, 2008 3:18

Deyirlər bahar gəlir
Açıram pəncərəni duya bilmirəm
Ağaclar tumurcuqlayır
Lalələr qızarır
Qərənfillər gülür
Qara çalır görə bilmir gözlərim
Quduz itin hucumundan
22 mayda gözlərimə qan sıçradığından.

yalanchi_bahar  

Deyirlər bağlarımıza
Quşlar doluşub oxuyur
Səsini duya bilmirəm
22 mayda qulaqlarım cırıldığından.
Deyirlər əqaqilər, sarmaşıqlar
Saçır qoxusunu bütün küçələrə
Sinəmə qoxusunu doldura bilmirəm
22 mayda sınan qabırğalarım əyri bitdiyindən
Susuram
Məni bir gün var gözləyir
Bahar içimə dolacaq o gün
İnsan güləcək bahar doğduğundan
gerçək bahar gəlincək
günaydın, yalançı bahar!..

Qaynaq: http://pitraq.blogfa.com/

Şərhlər(1) Baxış sayı:117 Bədii ədəbiyyat

1
RAQIF yazıb:

BİZ, KEÇİD DÖVRÜNÜN GƏNCLƏRİYİK!

Biz, keçid dövrünün gəncləriyik!
Uşaqlığımız, çörək növbəsində,
Cavanlığımız, avtobus növbəsində,
Ümidlərimiz, növbəti sabahlarda…
Arzularımız ürəyimizdə,
Doludur ürəyimiz də.
Həm küsgün, həm duyğulu,
Gözlərimiz yuxulu,
Addımlarımız inamsız,
Inamımız keçici olaraq
Vicdan dairəsi xaricində…
Biz, keçid dövrünün gəncləriyik!
Qaytarmalıyıq torpağı.
Başlarımız aşağı,
Əllərimiz telefonda,
Baxışlarımız onda, bunda,
Nə var maraqlı, təzəsi?
Tanış olaq?
Ötür gəlsin...
Biz, keçid dövrünün gəncləriyik!
Bəxtimiz lotoreyalarda,
Məsləyimiz diplomlarımızda,
Diplomlarımız bazarda,
Bazarlarımız keçidlərin içində…
Biz, keçid dövrünün gəncləriyik!
Keçirilən hər müsabiqədə varıq.
Keçi kimi də inadkarıq.
Hər şeyimizdən keçərik,
Ulduz olmaq üçün.
Keçmişimizdən də.
Bacarıqlı olanları əzib keçərik,
Keçin deməkdənsə…
Biz, keçid dövrünün gəncləriyik!
Ey, yolumuzu bağlayan qüvvə!
Özünü bizdən gözlə!
Ümidlərimizin,
Yarımçıq arzularımızın,
Problemlərimizin,
Çılğın hisslərimizin,
Ən gözəl duyğularımızın
Əlindən tutub,
Özümüzlə
Aparırıq qocalığa,
Biz, keçid dövrünün gəncləriyik!

Raqif RAUFOGLU
23.03.2008.

Mart 25, 2008 15:53

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha

© 2007 Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog.com