Reklam verin!

Blog Haqqında

Mesiha
Məsiağa Məhəmmədinin bloqu

Axtarış

Keçidlər

Açar sözlər

Sayğac

  • İndi blogda: 11
  • Keçən ayın hiti: 7559
  • Dünənki hit: 234
  • Bugünkü hit: 49
  • Ümumi hit: 41789
    • Google PageRank Checker

Müxtəlif

۞ GƏLƏCƏK GÜN ۞

O GÜN MÜTLƏQ GƏLƏCƏK, YAZIN GƏLİŞİ KİMİ...

GÜNEY "AZƏRBAYCAN ƏVVƏL-AXIR İRANDAN AYRILACAQ"

Mesiha Mart 29, 2008 5:05

Zəncandan İran İslam Şurası Məclisi deputatlığına namizəd, Məhəmməd Xatəminin səkkiz illik prezidentliyi dövründə Qərbi Azərbaycanın ostandarı olmuş Cəmşid Ənsari sekiqabağı təbliğat gedişində maraqlı bir faktı açıqlamışdır. O, Zəncanda bir qrup müəllimlə görüşdə İran Konstitusiyasının 15-ci maddəsinin yerinə yetirilməməsinin və Güney Azərbaycan əhalisinə münasibətdə ayrı-seçkiliyin səbəbi barədə sualı cavablandırarkən demişdir: "1995-ci ildə Rəfsəncaninin prezidentliyi dövründə nazirlər Təbrizdə bir iclasa toplaşaraq, türklərin yaşadığı ostanların iqtisadi baxımdan geridə qalmasının səbəbləri ilə əlaqədar müzakirələr açıb fikir mübadiləsi etdilər. Həmin iclasda o zamankı Xarici İşlər naziri Əli Əkbər Vilayəti bildirdi ki, biz niyə Azərbaycan kimi ostana sərmayə qoymalıyıq?! (Güney) Azərbaycan əvvəl-axır İrandan ayrılacaq və mən bu ostanlara sərmayə qoyulmasını məsləhət bilmirəm". 

guney_azer 

Qeyd edək ki, İran İslam Respublikası Əsas Qanununun sözügedən 15-ci maddəsində fars dili ilə yanaşı milli və məhəlli dillərin kütləvi informasiya vasitələrində işlənmək və məktəblərdə tədris olunmaq hüququ qismən də olsa tanınır, amma həmin maddə indiyədək yerinə yetirilmir. Cəmşid Ənsari öz çıxışında bu məsələyə hakim dairələrin münasibəti ilə bağlı diqqəti çəkən bir məqama toxunmuşdur: "Mən İslam Respublikasının 20 illik mənzərəsini əks etdirən sənəd hazırlanarkən etnik birliklər üzrə komissiyanın üzvü idim. Biz həmin sənədə "Milli təhlükəsizlik naminə yerli dillərin yayılması" adlı bir bənd əlavə etdik və komissiyada təsdiq elədik. Sonra sənədi son təsdiq üçün Məsləhət Şurasına (Məcməe-təşxise-məsləhəte-nezam) göndərdik. Şuranın təsdiq etdiyi son variantda isə həmin bənddə belə yazılmışdı: "Milli təhlükəsizlik naminə fars dilinin yayılması".
Xatırladaq ki, Cəmşid Ənsari səkkizinci çağırış İslam Şurası Məclisinə seçkilərdə Zəncan və Taromdan islahatçıların namizədidir və öz rəqibi Əli Vəqfçi ilə ikinci tura keçmşdir.
Şərhlər(1) Baxış sayı:97 Gündəm

1
araz yazıb:

gələcək bizimdir

Mart 30, 2008 19:09

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha

© 2007 Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog.com