İsmayıl Xürrəmi. ÖZÜMƏ YAS TUTURAM
Mesiha Mart 31, 2008 8:45Bu gün şəbehə bənzər mənim həyatım –
Hər gün Hüseyn oluram Kərbəla çölündə,
Hər il ölürəm.
Özüm-özümə yas tuturam,
Özümə ağlayıram,
Özümə növhə deyirəm,
Özümə sinə vururam,
"Haqq" – deyə bağırıram,
Qulaq asanlar "ləbbeyk" deyirlər.
Mənə "ləbbeyk" deyənlər,
Məndən sonra
Haqqı nahaq, nahaqı haqq edirlər.
Ölürəm, yenə dirilirəm.
Özüm-özümə yas tuturam,
Özümə ağlayıram.
Qaynaq (ərəb əlifbası ilə): http://www.gala.blogfa.com/
