PANİRANİSTLƏRDƏN YENİ TƏŞƏBBÜS
Mesiha Aprel 4, 2008 5:46Öz içində didişən təşkilatımızın nəzərinə
Bu günlərdə özünü "Demokratik İranın bütövlüyü uğrunda Azərbaycan hərəkatı" (Azarbayejan (məhz belə! – M.M.) Movement for Integrity of Democratic Iran) adlandıran bir təşkilatın ilk bəyanatı yayılıb. "Azərbaycan İranın azadlığı, demokratikləşməsi və bütövlüyünün təminatçısıdır" başlıqlı bəyanat tarixə qısa ekskursla başlayır. Midiyadan, Zərdüştdən, Atropatdan, Babəkdən ötəri şəkildə bəhs edən bəyanat müəllifləri Şah İsmayılın tarixi rolunu belə dəyərləndirirlər: "Şah İsmayıl… gənc yaşlarında Abbasilər xilafətindən üzü bəri səkkiz yüz il ərzində dağınıq şəkildə ərəblər, osmanlılar, özbəklər (?) tərəfindən idarə olunan hakimiyyətlərə son qoyaraq büsbütün İran səciyyəli güclü bir dövlət yaratdı". 
İyirminci yüzillikdə "İran üçün çalışan Azərbaycan oğulları" sırasında isə Səttar xanla Bağır xanın, Tağızadə ilə Kəsrəvinin xidmətləri qeyd olunur və bəyan edilir ki: "Belə bir xalq öz əziz ölkəsi İranın müharibə və məhv olmaq təhlükəsi qarşısında olduğunu görüb sakit otura, bundan artıq geridəqalmış və terrorçu ittihamlarına dözə bilməz. Ona görə biz azərbaycanlılar ayağa qalxırıq ki, fitnəkar rejim tərəfindən süqutun astanasına gətirilmiş vətənimizin istiqlalını, ərazi bütövlüyünü və birliyini qoruyaq, Böyük Kuruş tərəfindən əsası qoyulmuş insan haqlarının beşiyi adını terrorçu və şər oxu ləkəsindən təmizləyək".
Bu sözlərin ardınca təşkilatın əsas məqsədləri açıqlanır: digər İran xalqları ilə birlikdə islam rejiminin dəyişdirilməsi, dinin dövlətdən ayrılması prinsipinə, BMT Nizamnaməsinə və İnsan Haqları Bəyannaməsinə söykənən, millətin azad iradəsinə əsaslanan hakimiyyətin formalaşdırılması. Bəyanat müəllifləri daha sonra bütün İran əhalisinə, xüsusən azərbaycanlılara, eləcə də əqidə və təmayülündən asılı olmayaraq bütün partiyalara, qruplara, ayrı-ayrı fərdlərə əmkdaşlıq təklifində bulunur və yazırlar: "Əziz və əsir ölkəmiz İranın sizin yardımınıza ehtiyacı var və hər hansı səbəbdən indi bunu etmək istəməsəniz, sonra ola bilər ki, edə bilməyəsiniz".
Bəyanatı otuza yaxın şəxs imzalayb ki, onlar arasında d-r Sirus Amuzqar, d-r Əmiraslan Əfşar, d-r Nüsrətulla Cahanşahlu, prof. Keykavus Əfşar, d-r İsmayıl Xoyi və s. kimi adlar vardır. Bu şəxslər "Azərbaycan hərəkatı" Müvəqqəti Şurasının üzvləri sayılırlar. Eyni zamanda qeyd olunur ki, ölkə daxilində və xaricində yaşayan Azərbaycan fəallarından daha 4780 nəfər təşkilatı dəstəkləyir. Və təklif edilir ki, Güney Azərbaycanda və bütün İranda, xüsusən Təbriz və Tehran bazarlarında mübarizə mərkəzləri və bölmələri yaratmaq üçün hərəkatın katibliyi, yaxud Müvəqqəti Şura üzvləri ilə əlaqə saxlanılsın. "Yaşasın İran və İran milləti!" şüarı ilə bitən bəyanatın fars dilində tam mətnini aşağıdakı linklərdə tapmaq olar:
http://www.azoh.blogsky.com/?PostID=720
https://iranbbb.org/21891.htm
Qeyd edim ki, bir müddət əvvəl özünü qısa şəkildə "Azərbaycan hərəkatı" adlandıran bu təşkilatın ayrıca İnternet saytı da fəaliyyətə başlayıb və http://www.iranazar.net/ ünvanlı həmin saytın Kuruşun (Kirin) uydurma insan haqları bəyannaməsi ilə açılması onun ideoloji yönünü aydın göstərir. Bununla belə sözügedən bəyanatdakı bir məqam da diqqəti çəkir. Qeyd edilir ki, təxminən bir ay əvvəl Londonda vəfat edən d-r Səməd Rəhmanzadə "hərəkat"ın banilərindən biri, azərbaycanlıların Məşrutə inqilabında əsas tərəfdaşları olmuş giləklər və bəxtiyarilərlə dostluq cəmiyyətlərinin yaradılması layihəsinin müəllifi idi. Ona görə də təşkilatın bir növ ideoloqu olmuş həmin şəxsin hansı düşüncəyə sahib olduğu üzərində dayanmağa dəyər. Bunun üçün S.Rəhmanzadənin ik məqaləsinə nəzər salmaq kifayətdir.
"İran – etnik azadlıqlar baxımından dünyaya nümunə" (!) adlı bir məqaləsində S.Rəhmanzadə bu ölkədə milli ayrı-seçkilik və zülmdən danışanlara qəti şəkildə etirazını bildirir və deyir: "İranda heç cür etnik zülm olmayıb və yoxdur. İran əhalisi etnik birgəyaşayış və həmrəylik baxımından dünyaya nümunə olub və nümunədir, bu cəhətdən heç bir millətlə müqayisə edilə bilməz. Burada etnik zülm yoxdur, etnik bağlılıq və dostluq var və olacaq, necə deyərlər, şovinist davranış və siyasətdən isə söhbət gedə bilməz". Rəhmanzadənin ən çox narazılığını doğuran da İranda milli məsələyə dair yazı və çıxışlarda "şovinizm" termininin işənməsidir. Şovinizmə özünəxas bir yozum verən bu doktor son iki əsrdə şovinist rejimlərə misal olaraq, Napoleon dövrü Fransasını, Hitler Almaniyasını və SSRİ-ni göstərir. O yazır ki, Məşrutə dönəmindən etibarən İranda millətçilik olub, amma bu, müstəmləkəçilik əleyhinə yönəlib, qətiyyən şovinizm xarakteri daşımayıb: "Bizim İranda millətçilər, hətta paniranistlər də olub, amma heç vaxt şovinisit olmayıb".
(Bax: http://www.melliun.org/didgah/d08/03/29rahmanz.htm).
"Azəri dilinə rəvac verilməsi mədəni məsələdir, yoxsa siyasi?" adlı başqa bir məqaləsində isə doktor, necə deyərlər, gül vurub. Özünün azərbaycanlı oluğunu xüsusi vurğulayan müəllif ana dilinə xor baxmağın daha bir "parlaq nümunəsini" sərgiləyərək yazır: "Azərbaycandakı danışıq dili farsca və türkcənin qarışığıdır, heç bir vəchlə türk dili deyildir (!). O, farsdillilərə başqalarından (yəni digər türk xalqlarından – M.M.) daha anlaşıqlıdır". İranda etnik dillərin sıxışdırılması, o cümlədən, azərbaycanlılara ana dilində yazıb-oxumaq imkanının verilməməsi barədə fikirləri qətiyyətlə rədd edən Rəhmanzadə bu cür çıxışların dünya mətbuatında əksini tapmasını iki amillə izah edir. Birincisi, bölgədəki bəzi ölkələrdə doğrudan da, dil sahəsində ayrı-seçkiliyin olmasıdır; buna örnək kimi, o, Türkiyədə kürd dilinin vəziyyətini göstərir, amma İranda belə bir problemin olmadığını qeyd edir. İkincisi və daha mühümü isə, Rəhmanzadəyə görə, İranı parçalamaq istəyən xarici qüvvələrin və daxildəki "separatçıların" fəaliyyətidir. Bu məqamda Quzey Azərbaycan amilinə toxunan və həmin kontekstdə Azərbaycan dili məsələsinin mədəni deyil, siyasi mahiyyət kəsb etdiyini vurğulayan müəllif onu üç tarixi mərhələdə nəzərdən keçirir: 1) Azərbaycan Xalq Cümhuriyyəti dönəmi (1918-20) – müəllifə görə, həmin vaxt xüsusi niyyətlə Şirvan və Arana "Azərbaycan" adı verilmiş, buna görə də Xiyabani Güney Azərbaycanın adını dəyişərək "Azadistan" qoymuşdur; 2) Milli Hökumət dönəmi (1945-46) – o zaman SSRİ rəhbərliyi özünün strateji məqsədləri üçün Güney Azərbaycana muxtariyyət istəmiş, o cümlədən, Azərbaycan dili rəsmi status almışdı və ölkənin ərazi bütövlüyü təhlükəyə düşmüşdü. Amma İran dövləti neft amilindən istifadə etməklə məsələni yoluna qoydu; 3) Müasir dövr – Dünya Azərbaycanlıları Konqresinin, müxtəlif radio və televiziyalaın yaradılması ilə Azərbaycan dili məsələsi yenidən "separatçıların" öz məqsədlərini gerçəkləşdirmək vasitəsinə çevrilmişdir. Buna görə də Rəhmanzadə İranda Azərbaycan dilində dərgilər və qəzetlər nəşr edən, sırf mədəni fəaliyyətdə olduğunu bildirən şəxslərə xəbərdarlıq edir və onları ayıq olmağa çağırır. Və öz məqaləsini ritorik suallarla bitirir: "Məgər İranda haçansa hansısa dilə qadağa qoyulubmu?! Yaxud iki Azərbaycan adında bir şey olubmu?!"
(Bax: http://www.melliun.org/didgah/d08/03/27rahmanzadeh.htm).
Elə mən də yazımı sualla, özü də qətiyyən ritorik olmayan sualla bitirmək fikrindəyəm: Görəsən, şovinistlərin ciddiyə aldığı bir təşkilatı neçə yerə parçalamaqla ürəyi soyumayıb bir-birinin ünvanına təhqirlər yağdıran soydaşlarımız, nəhayət, bu işdən əl çəkəcəklərmi? Görəsən, mövcud imkanları, xüsusən vətənpərvər, millətsevər gənclərimizin potensial və enerjisini gündə bir qiyafədə zühur edən paniranizmlə həlledici mübarizəyə yönəltməyin vaxtı çatdığını düşünürlərmi?

http://www.ferdosie.blogfa.com/
Aprel 4, 2008 15:13http://www.kurush.blogfa.com/
http://www.dareyush.blogfa.com/
http://www.parsseg.blogfa.com/
http://elmeparsiyan.blogfa.com/
http://www.ayrim.blogfa.com/
http://www.farsdog3.blogspot.com/
http://www.ferdosie.blogfa.com/
http://www.kurush.blogfa.com/
http://www.dareyush.blogfa.com/
http://www.parsseg.blogfa.com/
http://elmeparsiyan.blogfa.com/
http://www.ayrim.blogfa.com/
http://www.farsdog3.blogspot.com/
http://www.ferdosie.blogfa.com/
http://www.kurush.blogfa.com/
http://www.dareyush.blogfa.com/
http://www.parsseg.blogfa.com/
http://elmeparsiyan.blogfa.com/
http://www.ayrim.blogfa.com/
http://www.farsdog3.blogspot.com/
http://www.ferdosie.blogfa.com/
http://www.kurush.blogfa.com/
http://www.dareyush.blogfa.com/
http://www.parsseg.blogfa.com/
http://elmeparsiyan.blogfa.com/
http://www.ayrim.blogfa.com/
http://www.farsdog3.blogspot.com/