Balayar Sadiq. MƏHBUSLAR
Mesiha Aprel 16, 2008 7:02Məmləkət dar ağacıdır, qardaşlar...
Məhbuslar!
Qalxın bu gecənin ahına.
Yuxunuzu sərin
dəmir çarpayıların üstünə.
İçinizdəki
son ümid payını
soyuq su kimi ovuclayıb
çırpın yorğunluğun üzünə.
Bu gün sıranıza,
otağınıza,
üzündən-gözündən
qan sıza-sıza
Azadlıq adında
bir məhbus gəlir.
Yaxanızdakı nömrəni
ilan qabığı kimi soyun,
bu yaxası nömrəsiz məhbusun
göz yaşında
ömrünüzün bu qərib gecəsini
yuyun.
Bu qərib gecəni,
tənha gecəni,
ölən ümidlərə
baş daşı qoyun.
Məhbuslar, məhbuslar!
Məmləkət dar ağacıdır,
qardaşlar,
dövran ömrümüzə günüdür.
Başınız sağ olsun,
sabah
Azadlığın edam günüdür!
