Həmid Arğış. ƏYİLMƏYƏN BAŞLAR
Mesiha Yanvar 31, 2008 11:41Bir müddət əvvəl Güney Azərbaycan yazıçısı Həmid Arğış (Rüstəmi) Beynəlxalq Ana Dili Günü münasibətilə keçirilən tədbirlərdə iştirak etdiyinə görə Xoy inqilab məhkəməsinin hökmü ilə həbs və sürgün cəzasına məhkum olunmaqla yanaşı, onun əsərlərinin nəşrinə də uç il müddətinə qadağa qoyulub. Bunu nəzərə alaraq, Həmid bəyin bir hekayəsini üslubuna toxunmadan latın qrafikasına çevirib sizlərə təqdim edirəm. Bu hekayə həm də rejim məmurlarının nə üçün Həmid bəyin əsərlərindən qorxduğunu aydınca göstərməkdədir.
(Bu hekayəni "İran" ruznaməsinin Azərbaycan millətinə yazdığı tohin qarşısında meydana çıxan və varlıqlarını müdafiədə canlarını verən şəhidlərə ithaf edirəm)
- Keç içəri!..
Dəmir qapıya tərəf döndü. Qısa dəmir qapının orta hissəsində olan balaca dəriçədən içəri baxdı. Qaranlıq barmaqlıqlar arasından o kiçik mühəvvətəyə süzürdü. O mühəvvətəni işıqlandıran elektrik lampanın işığı nədənsə o bacadan o tərəfə getməyə cürət tapmırdı. Sağ əli ilə qapını yavaşca itələdi. Qaranlıq qaynayırdı önündə…
Davamı...










