Əhməd Şamlu heç vaxt özünü türk olaraq təqdim etməyib,
hər yerdə fars dilinin dərdini çəkib və onun inkişafına çalışıb.
Bu yazı bir neçə il bundan qabaq yazılıb. İndi bəzi düzəliş və əlavələrlə onu oxuculara təqdim edirəm.
Şübhəsiz, bugünkü Güney Azərbaycan şeirinin ana xəttini milli qurtuluş ideyası təşkil edir. O da inkaredilməzdir ki, bütövlükdə insan və ümumilikdə azadlıq da çağdaş Cüney Azərbaycan poeziyasının başlıca mövzularından biridir. Qəzetlərin ədəbi səhifələrinə və pərakəndə şəkildə orda-burda çap olunan şeir kitablarına ötəri baxış, onların bədii səviyyəsi və poetik gücündəki əhəmiyyətli fərqlərə baxmayaraq, oxucunun qeyd edilən xüsusiyyətləri görməsi üçün kifayətdir. Amma burada mənim məqsədim müasir Güney Azərbaycan poeziyasını təhlil etmək deyildir. Söhbət ziyalının milli azadlıq məsələsində məsuliyyəti, anlayan bir şəxs kimi bu məsələ üstündə işləməsi zərurəti və çağdaş ziyalının qaça bilmədiyi bir sıra narahatlıqlar barədədir. Bununla əlaqədar dəyərli fars şairi Əhməd Şamlu üzərində bir qədər ətraflı dayanacağam.

Davamı...