Reklam verin!

Blog Haqqında

Mesiha
Məsiağa Məhəmmədinin bloqu
Technorati Profile
Add to Technorati Favorites
Page copy protected against web site content infringement by Copyscape

Axtarış

Keçidlər

Açar sözlər

Sayğac

  • İndi blogda: 50
  • Keçən ayın hiti: 7559
  • Dünənki hit: 234
  • Bugünkü hit: 89
  • Ümumi hit: 41829
    • Google PageRank Checker
        Cultural  Blogs - Blog Catalog Blog Directory

۞ GƏLƏCƏK GÜN ۞

O GÜN MÜTLƏQ GƏLƏCƏK, YAZIN GƏLİŞİ KİMİ...

İsmayıl Xürrəmi. ÖZÜMƏ YAS TUTURAM

Mesiha Mart 31, 2008 8:45

Bu gün şəbehə bənzər mənim həyatım –
Hər gün Hüseyn oluram Kərbəla çölündə,
Hər il ölürəm.
Özüm-özümə yas tuturam,
Özümə ağlayıram,
Özümə növhə deyirəm,
Özümə sinə vururam,
"Haqq" – deyə bağırıram,
Qulaq asanlar "ləbbeyk" deyirlər.

qelem 

Davamı...
Şərhlər(0) Yazını "XəbərNamə"yə göndər! Bookmark and Share Baxış sayı:89 Mart 31, 2008 8:45

GÜNEY "AZƏRBAYCAN ƏVVƏL-AXIR İRANDAN AYRILACAQ"

Mesiha Mart 29, 2008 5:05

Zəncandan İran İslam Şurası Məclisi deputatlığına namizəd, Məhəmməd Xatəminin səkkiz illik prezidentliyi dövründə Qərbi Azərbaycanın ostandarı olmuş Cəmşid Ənsari sekiqabağı təbliğat gedişində maraqlı bir faktı açıqlamışdır. O, Zəncanda bir qrup müəllimlə görüşdə İran Konstitusiyasının 15-ci maddəsinin yerinə yetirilməməsinin və Güney Azərbaycan əhalisinə münasibətdə ayrı-seçkiliyin səbəbi barədə sualı cavablandırarkən demişdir: "1995-ci ildə Rəfsəncaninin prezidentliyi dövründə nazirlər Təbrizdə bir iclasa toplaşaraq, türklərin yaşadığı ostanların iqtisadi baxımdan geridə qalmasının səbəbləri ilə əlaqədar müzakirələr açıb fikir mübadiləsi etdilər. Həmin iclasda o zamankı Xarici İşlər naziri Əli Əkbər Vilayəti bildirdi ki, biz niyə Azərbaycan kimi ostana sərmayə qoymalıyıq?! (Güney) Azərbaycan əvvəl-axır İrandan ayrılacaq və mən bu ostanlara sərmayə qoyulmasını məsləhət bilmirəm". 

guney_azer 

Davamı...
Şərhlər(1) Yazını "XəbərNamə"yə göndər! Bookmark and Share Baxış sayı:98 Mart 29, 2008 5:05

VAXTINDA YAZILMIŞ MƏKTUB

Mesiha Mart 29, 2008 4:58

Biz necə iş görürük? Vaxtilə Üzeyir bəy öz məşhur felyetonunda buna çox dəqiq cavab vermişdi. O zamandan çox az şey dəyişib. Qısaca deyək: biz vacib işlərdə adətən gecirik. Daldan atılan daş isə bir qayda olaraq topuğa dəyir. Sonra da başlayırıq dünyadakı haqsızlıqdan, beynəlxalq təşkilatların tərəfkeşliyindən, ikili standartlardan və s. gileylənməyə. Halbuki vaxtında təşəbbüsü ələ almaqla milli mənafelərimizə zidd olan bir çox şeylərin qarşısını kəsmək mümkündür. Nə yaxşı ki, son vaxtlar bu tipli addımların şahidi oluruq. Söhbət Güney Azərbaycandan olan bir qrup ziyalının ABŞ-dakı Beynəlxalq Dilçilik Mərkəzinə müraciətindən gedir. "Etnologiya" adlı nəşrin və http://ethnologue.com/ ünvanlı saytın redaktoru Raymond Qordona yazılmış bu açıq məktub bir neçə baxımdan önəmlidir. 

map 

Davamı...
Şərhlər(0) Yazını "XəbərNamə"yə göndər! Bookmark and Share Baxış sayı:91 Mart 29, 2008 4:58

"İRAN REJİMİNƏ ƏN BÖYÜK ETİRAZ ƏYALƏTLƏRDƏDİR"

Mesiha Mart 22, 2008 23:39

ABŞ Konqresində Faxtə xanım Zamaninin çıxışı

Xəbər verildiyi kimi, bir neçə gün öncə ABŞ Konqresində ilk dəfə olaraq İranda milli azlıqların vəziyyətinə dair dinləmələr keçirilib. Dinləmələrdə Güney azərbaycanlılarla yanaşı, bəlucların, ərəblərin və kürdlərin təmsilçiləri iştirak edib. Güney azərbaycanlıların durumu və problemləri barədə Azərbaycanlı Siyasi Məhbusları Müdafiə Assosiasiyasının sədri Faxtə xanım Zamani nitq söyləyib. Aşağıda həmin nitqin tərcüməsini veririk. Çıxışın ingiliscə mətninin əlimizə çatmasına şərait yaratmış Xədicə İsmayılovaya təşəkkürlərimizi bildiririk.

Mən İranda yaşayan, əsas insan haqları davamlı olaraq pozulan və səsləri boğulan azərbaycanlıların ağır durumu barədə danışmaq üçün burdayam. Sayı 20 milyondan çox olan azərbaycanlılar İranda ən böyük azlığı təşkil edirlər. Onlar əsasən İranın şimalında və şimal-qərbində yaşayırlar. Azərbaycan dilində həmçinin şimal-şərqi və mərkəzi İranda, eləcə də paytaxt Tehranda danışılır. Bu əhalinin hamısı İran İslam rejimində sosial, iqtisadi və siyasi hüquqlarının ciddi şəkildə pozulması şəraitində yaşayır.

konqres 

Davamı...
Şərhlər(4) Yazını "XəbərNamə"yə göndər! Bookmark and Share Baxış sayı:142 Mart 22, 2008 23:39

Kor Qayıqçı. GÜNAYDIN, YALANÇI BAHAR!..

Mesiha Mart 11, 2008 3:18

Deyirlər bahar gəlir
Açıram pəncərəni duya bilmirəm
Ağaclar tumurcuqlayır
Lalələr qızarır
Qərənfillər gülür
Qara çalır görə bilmir gözlərim
Quduz itin hucumundan
22 mayda gözlərimə qan sıçradığından.

yalanchi_bahar  

Davamı...
Şərhlər(1) Yazını "XəbərNamə"yə göndər! Bookmark and Share Baxış sayı:117 Mart 11, 2008 3:18

Hadi Kərkük. İRANIN QUZEY AZƏRBAYCAN SİYASƏTİNƏ BAXIŞ

Mesiha Mart 8, 2008 11:36

Bu məqalədə İranın Güney Qafqaz bölgəsində yürütdüyü siyasət təhlil olunur. Amma məsələyə bir qədər geniş baxsaq, görərik ki, İranın bu bölgədəki siyasəti prinsipcə və əsas etibarilə Azərbaycan Respublikasına yönəlmişdir. Burada Gürcüstan nisbətən uzaqlığı, strateji və geopolitik mövqeyinin az əhəmiyyətə malikliyi üzündən o qədər də önəm daşımır. Bölgənin üçüncü ölkəsinə, yəni Ermənistana gəldikdə isə, demək lazımdır ki, İranın bu ölkəyə dair siyasəti (statistik rəqəmlərə əsasən, nəzərə alınmaması mümkün olan iqtisadi maraqlar istisna edilməklə) Azərbaycan Respublikasına yönəlik siyasəti çərçivəsində yer alır. İranın Quzey Azərbaycan siyasətini iki başlıca aspektdə araşdırmaq lazımdır:
1. Quzey Azərbaycanın strateji, geopolitik mövqeyi və Qərb dövlətləri ilə münasibətləri;
2. Güney Azərbaycana dair məsələlər.

prezidentler 

Davamı...
Şərhlər(0) Yazını "XəbərNamə"yə göndər! Bookmark and Share Baxış sayı:110 Mart 8, 2008 11:36

MANA NEYİSTANİNİN QAYIDIŞI VƏ BİR NEÇƏ SUAL

Mesiha Mart 5, 2008 1:26

2006-cı ilin mayında dövlət qəzetində aşağılayıcı karikatura verməklə azərbaycanlıları təhqir edən rəsmi "İran" qəzetinin sabiq rəssamı Mana Neyistani son aylar "Etimadi-milli" kimi nəşrlərlə əməkdaşlıq etməyə başlamışdır. "Etimadi-milli" qəzeti Milli Etimad Partiyasının rəsmi orqanıdır və Məclisin sabiq sədri Kərrubiyə bağlıdır. Bu partiya islahatçıların tərkib hissəsi olub etnik birliklərin hüquqlarını müdafiə barədə şüarlar verir.
Mana Neyistaninin çəkdiyi karikatura dərc ediləndən sonra Güney Azərbaycan ərazisini geniş etirazlar və nümayişlər dalğası bürüdü və karikaturanın nəşrindən düz 9 gün, Təbriz əhalisinin rəsmi "İran" qəzetinin Azərbaycan xalqını təhqir etməsi əleyhinə milyonluq nümayişindən (2006-cı il mayın 22-də) 1 gün keçmiş hakim Mürtəzəvi televiziyaya çıxıb Mana Neyistaninin "İran" qəzetinin xüsusi cümə buraxılışının redaktoru ilə birlikdə həbs olunaraq Evin zindanına göndərildiyini xəbər verdi.

mana 

 

Davamı...
Şərhlər(0) Yazını "XəbərNamə"yə göndər! Bookmark and Share Baxış sayı:94 Mart 5, 2008 1:26

"BAKI-TƏBRİZ"İN YENİ SAYI

Mesiha Mart 5, 2008 1:21

Dəyərli bloq istifadəçiləri!
Dünya azərbaycanlılarının dərgisi "Bakı-Təbriz"in növbəti – on birinci sayı işıq üzü görüb. Həmişə olduğu kimi, dərginin bu sayında da Güney Azərbaycanın tarixi və çağdaş durumu, İran İslam Respublikasında milli münasibətlər, bölgədə cərəyan edən geopolitik proseslər, Azərbaycanın mədəniyyəti və görkəmli şəxsiyyətləri haqqında müxtəlif səpkili yazılar, eləcə də müəyyən ədəbi nümunələr yer almışdır.

dergi 

 

Davamı...
Şərhlər(0) Yazını "XəbərNamə"yə göndər! Bookmark and Share Baxış sayı:114 Mart 5, 2008 1:21

  Yazılar cəmi: 8   
© 2007 Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Materiallardan istifadə edilərkən qaynaq mütləq göstərilməlidir - Dəstək: AzeriBlog.com