Ramin Cahangirzadə. MƏN ÖZÜMÜ QAÇIRAM
Mesiha Aprel 25, 2008 3:31Sən qürbətdə ayrılıqdan,
Mən vətəndə ilgilərdən sarsılıram.
Sən saçından,
süd yolunda yolunursan.
Mən gözümdən,
Süd yolunda bölünürəm.
Sən qürbətdə ayrılıqdan,
Mən vətəndə ilgilərdən sarsılıram.
Sən saçından,
süd yolunda yolunursan.
Mən gözümdən,
Süd yolunda bölünürəm.
İslam rejimi öz Konstitusiyasına da məhəl qoymur
İranda Azərbaycanlı Məhbuslara İşgəncə Əleyhinə Mübarizə Komitəsi son dövrdə Ərdəbildə həbs olunmuş Milli Hərəkat fəallarının ağır fiziki və mənəvi işgəncələrə məruz qalması ilə bağlı məlumat yayıb. Məlumatda deyilir:
"Ümumdünya İnsan Haqları Bəyannaməsinin 5-ci maddəsində açıq şəkildə deyilir: "Heç kəs işgəncəyə və ya qəddar, qeyri-insani və alçaldıcı rəftara, yaxud cəzaya məruz qoyula bilməz". Bu prinsip İran İslam Respublikasının Konstitusiyasında da təsdiq olunmuşdur və onun aydın mətninə görə,"etiraf və ya məlumat almaq üçün hər cür işgəncə verilməsi qadağandır".
Təqribən iki ay bundan əvvəl Tehrandakı Nur məscidində Xocalı qurbanlarının anılmasına imkan verməyən islamçı rejim məmurları müvafiq təhlükəsizlik tədbirləri görməklə, aprelin 24-də ermənilərin Kərimxan küçəsində yerləşən Müqəddəs Sərkis kilsəsində uydurma soyqırımın 93-cü ildönümünü qeyd etməsinə və ətraf ərazilərdə təbliğat materialları yaymasına şərait yaradıblar. Kilsənin yaxınlığında qondarma soyqırıma dair "faktları" əks etdirən plakatlar asılıb, mərasim işrirakçılarına və yoldan ötənlərə müxtəlif broşüra, buklet və açıqcalar paylanıb. Azərbaycan Öyrənci Hərəkatının yaydığı aşağıdakı şəkildə sözügedən erməni kilsəsinin yaxınlığındakı plakat görünür. Plakatın mətni belədir:
Torontoda uydurma "erməni soyqırımı" ilə bağlı
keçiriləcək tədbirin əsas çıxışçıları farslardır
Kanadadakı İşgəncə Qurbanları Mərkəzi (Canadian Centre for Victims of Torture – CCVT) aprelin 24-də təşkilatın mərkəzi ofisində (Toronto, Carvis küçəsi, 194) qondarma "erməni genosidi"nin ildönümü ilə bağlı ictimai forum keçirməyi planlaşdırır. Tədbirin dəvətnamələri (burada dəvət olunan şəxslər dostlarını və ailə üzvlərini də özləri gətirməyə çağırılır) hələ ötən həftə göndərilmiş, bir neçə gün öncə isə təşkilatın koordinatoru Çizuru Nobe forumun proqramının dəqiqləşdiyini açıqlayan bildirişlər yaymışdır.
Qərbdəki ermənipərəst dairələrin bu cür tədbirlər düzənləməsi yenilik olmasa da, forumun proqramında diqqəti çəkən başlıca məqam onun əsas çıxışçılarının farslardan ibarət olmasıdır. Kimlərdir bunlar?
Məmləkət dar ağacıdır, qardaşlar...
Məhbuslar!
Qalxın bu gecənin ahına.
Yuxunuzu sərin
dəmir çarpayıların üstünə.
İçinizdəki
son ümid payını
soyuq su kimi ovuclayıb
çırpın yorğunluğun üzünə.
1. 7 noyabr 1937-ci il tarixdə Rza şah Pəhləvi Məclisinin qəbul etdiyi qanuna əsasən, ölkənin Qacarlar dönəmindəki inzibati bölgüsü dəyişdirilərək əyalətlərin tarixi adları ixtisar olundu və İran ərazisi Şimal-Qərb, Qərb, Şimal, Cənub, Mekran və Şimal-Şərq adı ilə altı ostana bölündü.
2. Qısa müddətdən sonra, həmin ilin dekabr ayında sözügedən bölgüyə yenidən baxıldı və İran ölkəsi on ostana bölünərək gülməli bir şəkildə 1-dən 10-a qədər rəqəmlərlə adlandırıldı. Təbriz şəhəri üçüncü ostanın, Urmiya isə dördüncü ostanın mərkəzi oldu, Güney Azərbaycan hüdudları və "Azərbaycan" adı ölkə xəritəsindən tamamilə silindi. Bu bölgüdə Ərdəbil üçüncü ostanın tərkibinə daxil idi.

"Azərbaycan Milli Hərəkatı beynəlxalq səviyyədə tanınmaqdadır"
"Öyrənci" saytının Azərbaycan Siyasi Məhbuslarını Müdafiə Assosiasiyasının
sədri Faxtə xanım Zamani ilə müsahibəsi
- Xahiş edirik, özünüzü təqdim edib son bir neçə ildə gördüyünüz işlər barədə məlumat verəsiniz.
- Təbriz şəhərində orta məktəbi bitirdikdən sonra Kanadaya mühacirət edib Ottava Universitetində fizika sahəsində təhsil almışam. Fizika üzrə bakalavr pilləsini bitirəndən sonra isə elektronika sahəsində Engineering Specialization in Microwave and wireless ixtisası üzrə mühəndislik fakültəsinə daxil olmuş və həmin universitetdən məzun olmuşam. Təhsilimi başa vurduqdan sonra araşdırıcı mühəndis kimi çoxsaylı tədqiqat mərkəzlərində, o cümlədən, Ottava Universitetində çalışmışam.
Səməd Sərdariniya dünyasını dəyişdi
Azərbaycan elminə, o taylı-bu taylı millətimizə sağalmaz itki üz verib. Aprelin 10-da səhər görkəmli tarixçi və yazıçı doktor Səməd Sərdariniya Təbriz xəstəxanasında qan xərçəncindən dünyasını dəyişib. Bu üzdən dərin kədər hissi ilə mərhumun ailəsinə və qohumlarına, elmi və ədəbi ictimaiyyətə, bütün xalqımıza başsağlığı veririk.
Səməd Sərdariniya 1940-cı ildə Təbrizdə anadan olub. Orta təhsilini başa vurduqdan sonra əvvəlcə Təbriz universitetinin tarix, sonra isə Tehran universitetinin hüquq fakültəsini bitirib. Tehran televiziyasında, Təbriz radiosunda çalışıb. Onun yaradıcılığının çiçəklənməsində məşhur "Varlıq" dərgisindəki fəaliyyətinin mühüm rolu olub. Həmin dərginin ən fəal yazarlarından olan Səməd Sərdariniyanın məqalələri xalqımızın tarixini təhrif edənlərə, dilimizi dananlara elmi baxımdan əsaslandırılmış, tutarlı cavablar kimi səslənib.
Öz içində didişən təşkilatımızın nəzərinə
Bu günlərdə özünü "Demokratik İranın bütövlüyü uğrunda Azərbaycan hərəkatı" (Azarbayejan (məhz belə! – M.M.) Movement for Integrity of Democratic Iran) adlandıran bir təşkilatın ilk bəyanatı yayılıb. "Azərbaycan İranın azadlığı, demokratikləşməsi və bütövlüyünün təminatçısıdır" başlıqlı bəyanat tarixə qısa ekskursla başlayır. Midiyadan, Zərdüştdən, Atropatdan, Babəkdən ötəri şəkildə bəhs edən bəyanat müəllifləri Şah İsmayılın tarixi rolunu belə dəyərləndirirlər: "Şah İsmayıl… gənc yaşlarında Abbasilər xilafətindən üzü bəri səkkiz yüz il ərzində dağınıq şəkildə ərəblər, osmanlılar, özbəklər (?) tərəfindən idarə olunan hakimiyyətlərə son qoyaraq büsbütün İran səciyyəli güclü bir dövlət yaratdı". 
(Bu məqalə 2006-cı ildə müəyyən fasilədən sonra yeni yaradıcı heyətlə və tam yeni yöndə nəşrə başlayan "Bakı-Təbriz" dərgisinin ilk (sıra baxımından dördüncü) sayı barədə yazılıb və elə o vaxt "525-ci qəzet"də çap olunub)
Dünya azərbaycanlılarının dərgisi olan «Bakı-Təbriz» yola düşdü, yükü - bütöv, vahid Azərbaycan idealı. Dərginin builki birinci sayı əvvəlki saylarından kəskin şəkildə fərqlənir, mözusu, münədricəsi, açıq-aydın konsepsiyası, Azərbaycan məsələsinə daha dürüst münasibət bəsləməsiylə. Bu sayın çapıyla həm də, mübaliğəli görünməsin, Güney Azərbaycan məsələsinə vahid elmi baxışın formalaşması yönündə çox ciddi bir addım atılmışdır. Sonrakı saylar da bu istiqamətdə davam etsə, çox ciddi taleyüklü araşdırmaların nəticələrinin şahidi olacağıq. Dərginin baş yazarı, görkəmli naşir Məsiağa Məhəmmədi salamlama yazısında elə bil ki, bu zərurətə işarə vuraraq yazır: «...Məqsədimiz ümumiyyətlə, o taylı-bu taylı Azərbaycanın tarixinə, mədəniyyətinə, məişətinə, düşüncəsinə güzgü tutmaq, sözün tam mənasında dünya azərbaycanlılarının dərgisi olmaqdır. Məşhur misralara azacıq dəyişiklik etsək, Azərbaycan heç kimin deyil, həm də hamımızındır. Biz hamımızın dərdlərindən yazacığıq». 