Reklam verin!

Blog Haqqında

Mesiha
Məsiağa Məhəmmədinin bloqu
Technorati Profile
Add to Technorati Favorites
Page copy protected against web site content infringement by Copyscape

Axtarış

Keçidlər

Açar sözlər

Sayğac

  • İndi blogda: 4
  • Keçən ayın hiti: 7559
  • Dünənki hit: 234
  • Bugünkü hit: 42
  • Ümumi hit: 41782
    • Google PageRank Checker
        Cultural  Blogs - Blog Catalog Blog Directory

۞ GƏLƏCƏK GÜN ۞

O GÜN MÜTLƏQ GƏLƏCƏK, YAZIN GƏLİŞİ KİMİ...

BAKIDA YAŞAYAN İRANLININ "TƏBRİZLİ TƏDQİQATÇI"YA CAVABI

Mesiha May 30, 2008 16:59

Xəbər verildiyi kimi, bir müddət öncə İran İnqilab Keşikçiləri Korpusunun ("Sepah") sabiq komandanı Möhsün Rzayiyə bağlı olan "Tabnak" saytında "bir təbrizli tədqiqatçı"nın Azərbaycan prezidenti İlham Əliyevə ünvanlanmış açıq məktubu yerləşdirilmişdi. Bəzi qərəzli insanlar bu anonim məktubun meydana çıxmasını millət vəkili Sabir Rüstəmxanlının İran rəhbəri Seyid Əli Xameneyiyə yazdığı açıq məktubun "nəticəsi" kimi qiymətləndirsələr də, əslində belə deyil. İş orasındadır ki, "Cənab Əliyev, İraqa və Əfqanıstana əsgər göndərməkdənsə, Qarabağ barədə düşünün!" başlıqlı həmin məktubun əsasını təşkil edən müddəalar, necə deyərlər, köhnə bayatılardır, zaman-zaman paniranistlərin anti-Azərbaycan mətbuatında və İnternet saytlarında səsləndirilmiş fikirlərdir – Quzey Azərbaycan ərazisinin tarixən "Aran" adlanması və "böyük İran"ın bir parçası olması, əhalinin daim "İrana birləşməyə can atması", guya Azərbaycan Respublikası hökumətinin Qərbin və sionistlərin əlində oyuncaq olması, ölkəmizdə milli azlıqların hüquqlarının pozulması, dini fəaliyyətlərə məhdudiyyət qoyulması, gənclərin Qərb dəyərləri ruhunda böyüdülüb dini-məzhəbi köklərdən uzaq salınması, Qarabağ probleminin həllinin Minsk qrupuna həvalə edilərək mövcud islami potensialdan istifadə olunmaması və s. Odur ki, sözügedən məktub hətta paniransitlərin özləri arasında da elə bir xüsusi marağa səbəb olmadı. Daha maraqlısı, Bakıda yaşayan Əli Əsğər Şəfiiyan adlı bir iranlının kimliyi bəlli olmayan həmin "təbrizli tədqiqatçı"ya yazdığı cavabdır. Bu cavab bir neçə gün əvvəl yazılmış və müəllifin şəxsi vebloqunda yerləşdirilmişdir.
"Təbrizli tədqiqatçı"ya ünvanladığı cavabın əvvəlində Ə.Ə.Şəfiiyan onun sözlərinin ziddiyyətli olduğunu vurğlayaraq, mühakimə və qiymətləndirmələrin reallığa əsaslanmasının vacibliyinə işarə edir və bununla bağlı maraqlı bir misal çəkir: "1997-ci ildə bir nəfər Bakıdan mərhum ayətullah Meşkiniyə xəbər aparır və o Allah bəndəsi də həmin xəbərə əsaslanıb üləmaları yığır ki, bəli, Azərbaycan Respublikasında islam inqilabı baş verməkdədir!"

Davamı...
Şərhlər(11) Yazını "XəbərNamə"yə göndər! Bookmark and Share Baxış sayı:198 May 30, 2008 16:59

"AZƏRBAYCAN MİLLİ HƏRƏKATINI ƏZMƏK SİYASƏTİ HEÇ BİR NƏTİCƏ VERMƏYƏCƏK"

Mesiha May 22, 2008 10:33
May qiyamının ikinci ildönümü münasibətilə Güney Azərbaycan
Universitet İşçiləri Assosiasiyasının

BƏYANATI

 Bir daha Azərbaycan millətinin şovinizm əleyhinə əzəmətli qiyamının ildönümü yetişdi. O qiyamın ki, vüsəti, sürəti və qüdrəti ilə hamını heyrətə saldı, bu millətə kimliyini unutdurmaq üçün plan cızan və milyardlarla pul xərcləyən dairələrin yuxusuna haram qatdı. Bu qiyam zahirən yeddi min ildən artıq tarixi şərəf, şücaət, əzəmət və nailiyyətlə dolu bir millətə "İran" adlı rəsmi dövlət qəzetinin təhqiri əleyhinə baş versə də, siyasi işlərdən agah və vicdanı oyaq olan kəslər yaxşı bilirlər ki, bu, uzun illər boyu müxtəlif üsullarla öz insani və milli hüquqlarını müdafiə etməyə çalışan bir xalqın möhtəşəm ayaqlanması idi. Və üzdəniraq bir karikaturaçının ədəbsiz təhqiri illərdən bəri sıxışdırma, aşağılama, geridə saxlama, qısası, bir millətin varlıq göstəricilərini məhv etmə siyasəti nəticəsində yığılmış qəzəbin partlayışı üçün kifayət idi.

may_qiyami  

Davamı...
Şərhlər(0) Yazını "XəbərNamə"yə göndər! Bookmark and Share Baxış sayı:62 May 22, 2008 10:33

Rəsul Rza. ƏRK QALASI

Mesiha May 18, 2008 6:31

Vuruşdular:
son gülləyə,
son süngüyə,
son qundağa qədər.
Vuruşdular:
hər şey qırmızı geydi
daşdan torpağa qədər.
Vuruşdular:
alt dodaqdan
üst dodağa qalxa bilməyən
səsə qədər.

Davamı...
Şərhlər(2) Yazını "XəbərNamə"yə göndər! Bookmark and Share Baxış sayı:84 May 18, 2008 6:31

"MƏDƏNİ SOYQIRIM" PLANI

Mesiha May 18, 2008 6:24

"Azərbaycan xalqının müqavimət simvolu olan
Ərk qalasının dağıdılmasına imkan verməyək!"

Kanadada yerləşən "İran Azərbaycanı Dil və Mədəniyyət Fondu" Təbrizdəki Ərk qalasının islamçı rejim məmurları tərəfindən dağıdılmasına etiraz bəyanatı yaymışdır. Bəyanatın farsca mətnini bizə göndərmiş Lalə xanım Cavanşirə təşəkkürümüzü bildirir və onun tərcüməsini sizə təqdim edirik.

Azərbaycan xalqının istibdad və müstəmləkəçiliyə müqavimətinin simvolu və Azərbaycanın ən qiymətli tarixi abidələrindən biri olan Təbrizdəki Ərk qalası məhv edilməkdədir.
İranda "Mədain sarayı"na bərabər tutulan Təbriz Əlişah qəsri (Ərk qalası) öz dövründə dünyanın ən böyük müsəlman tikilisi olmuşdur. Bu əzəmətli bina Elxani hökmdarları Sultan Xudabəndənin və Əbu Səidin vəziri olmuş Tacəddin Əlişahın göstərişi ilə hicri-qəməri 716-724-cü (miladi 1338-1345-ci) illərdə tikilmişdir.
Qacarlar dövrünə qədər bu tarixi binadan dövlət qəsri kimi istifadə edilmiş, Məşrutə dönəmində isə o, Səttarxanla Bağırxanın və digər Təbriz mücahidlərinin əsas bazalarından biri olmuşdur. Ərk qalası bir dəfə zəlzələdən, bir dəfə də çar Rusiyası ordusunun hücumundan xəsarət almışdır.

erk_qalasi  

Davamı...
Şərhlər(1) Yazını "XəbərNamə"yə göndər! Bookmark and Share Baxış sayı:106 May 18, 2008 6:24

Nadir İlahi. NEYNƏSİN?

Mesiha May 15, 2008 13:17

Mən nə çarə qılım qara bəxtimə,
Zəhərli içkiyə məzə neynəsin?
Sürmə gözəlliyi bir az artırar,
Amma day kor olan gözə neynəsin?

Fələk oxun atır, əlində yay yox,
Fələyin atdığı oxlara say yox,
Bu gözdən o gözə heç bir haray yox,
İndi özgə gəlib bizə neynəsin?


araz_chayi

Davamı...
Şərhlər(0) Yazını "XəbərNamə"yə göndər! Bookmark and Share Baxış sayı:74 May 15, 2008 13:17

GÜNEY AZƏRBAYCANIN İSTİQLAL YOLU

Mesiha May 9, 2008 7:07

(Quzeydə və Güneydə milli hərəkatların müqayisəsi kontekstində)

Son iki onillikdə milli-siyasi və milli-mədəni haqlar uğrunda Azərbaycanın Quzey və Güney hissələrində gedən hərəkatları müqayisə etdikdə, bir sıra maraqlı paralellər və ümumi cəhətlər diqqəti çəkir. Baxmayaraq ki, Quzeydə bu hərəkat çoxsaylı çətinliklərdən və itkilərdən keçərək, milli iradənin gerçəkləşməsi, yəni müstəqilliyin əldə olunması ilə sonuclanmış, Güneydə isə ağır şərtlər altında, enişli-yoxuşlu bir yolla hələ davam etməkdədir. Ölkədaxili aspektdə hər iki hərəkatın gedişinə önəmli təsir göstərən amil "mərkəz"in demokratik dəyişikliklər və liberallaşma kursunu ("yuxarıdan islahatlar") başlatması olmuşdur. Qorbaçovun məşhur yenidənqurması ilə keçmiş SSRİ-ni bürüyən ictimai oyanış ("aşağıdan hərəkatlar") qısa bir zamanda demokratik istəklərlə yanaşı, milli tələblərin səslənməsinə gətirib çıxardı. Bunun "təhlükəsini" yaxşı anlayan mühafizəkar çevrələr siyasi kursun dəyişdirilməsinə cəhd edib repressiv metodların işə salınmasına nail oldular. Bakıdakı yanvar qırğını, kütləvi həbslər, fövqəladə vəziyət, senzura və s. bu xəttin təzahürləri olaraq, Quzeydə milli hərəkatın susdurulmasına yönəlmişdi. Lakin həmin xətt müvəqqəti uğur qazansa da, artıq dönməz xarakter almış hərəkatın qarşısını kəsə bilməzdi. Bilmədi də… 1997-ci ildən etibarən islahat atmosferinin yaratdığı imkanlardan bəhrələnərək, özünün yeni mərhələsinə daxil olan Güney Azərbaycan milli hərəkatı da təqribən eyni yolu keçmiş, az sonra mühafizəkar qüvvələrin səyi ilə vətəndaş hüquqlarının (ilk növbədə, aktiv seçki hüququnun) məhdudlaşdırılmasına, qəzet və dərgilərin bağlanmasına, milli fəallara qarşı həbs və təzyiq kampaniyasının həyata keçirilməsinə baxmayaraq, dönməz bir səciyyə kəsb etmişdir. 2006-cı ilin may qiyamı bu dönməzliyin parlaq sübutuna çevrilmişdir.  

tebriz22 

Davamı...
Şərhlər(0) Yazını "XəbərNamə"yə göndər! Bookmark and Share Baxış sayı:88 May 9, 2008 7:07

ŞƏMS TƏBRİZİNİN QƏBRİ HARADADIR?

Mesiha May 3, 2008 3:40

Təbrizdə Şəmsin həqiqi məzarının tapılması barədə
xəbər bu köhnə sualı yenidən gündəmə gətirib


Bu günlərdə Təbriz şəhər şurasının sözçüsü Həbib Şiri Azər mətbuatın və informasiya agentliklərinin böyük diqqətinə səbəb olan açıqlama verib. O, bir qrup jurnalist qarşısında çıxış edərək bildirib ki, mövcud tarixi sənədlər və qaynaqlar əsasında aparılmış araşdırmalar nəticəsində Mövlana Cəlaləddin Ruminin piri və mürşidi Şəms Təbrizinin məzarının Təbrizin Gəcil rayonunda olduğu müəyyən edilib.
H.Ş.Azər həmçinin Şəmsin qəbrinin digər yerlərdə olması ilə bağlı iddiaları rədd edərək deyib: "Təəssüf ki, ötən illərdə məlumatsızlıq ucbatından, eləcə də mədəniyyət xadimləri və tarixçilərin susması, bu məsələ ilə bağlı dəqiq araşdırmaların aparılmaması nəticəsində Şəms Təbrizinin məzarının başqa şəhərlərdə və hətta ölkələrdə olması ilə bağlı çoxlu fikirlər irəli sürülüb, amma Təbriz şəhər şurası mötəbər sənədlər əsasında bu tarixi gerçəkliyi sübut etmək əzmindədir".
Sonda şəhər şurasının sözçüsü bəyan edib ki, tezliklə Təbriz bələdiyyəsi Şəmsin məqbərəsinin bərpası və yenidən qurulması işinə başlayacaq.

minare1  

Davamını BURADAN oxuyun...

Şərhlər(3) Yazını "XəbərNamə"yə göndər! Bookmark and Share Baxış sayı:86 May 3, 2008 3:40

Huşəng Cəfəridən bir şeir: NƏSİMİNİN QANIYAM

Mesiha May 1, 2008 14:43
Mənə həqarət ilən baxmayın, qəzəl kanıyam,
Varaq-varaq dağılan eldə şeir divanıyam.

Mənim vüqarımı get çilləxanədən xəbər al,
Əxi Fərəc kimiyəm, mən də eşq sultanıyam.

Yaşıl çəməndə bitən sinə dağlı bir lalayam,
Füzuli nəğməsiyəm mən, Nəsiminin qanıyam.

Olar ki aşiqi-dilxəstədir, tanılla məni,
Bu ölkədə ölən aşiqlərin çıxan canıyam.

Davamı...
Şərhlər(0) Yazını "XəbərNamə"yə göndər! Bookmark and Share Baxış sayı:92 May 1, 2008 14:43

GÜNEYLİ ŞAİR HÜCUMA MƏRUZ QALIB

Mesiha May 1, 2008 13:51

Huşəng Cəfəri: "Biz yüz il farsların şovinist proqramlarına dözmüşük, amma onlar
on dəqiqə başqa mədəniyyətləri və dilləri qəbul etmək iqtidarında deyillər"


Bir neçə gün əvvəl Bicar şəhərindəki "Pəyame-Nur" universitetinin tələbələri Güney Azərbaycanın məşhur şairi Huşəng Cəfərini görüşə dəvət ediblər. Universitetin toplantı salonunda keçirilən görüş zamanı ustad Cəfəri türkcə şeir oxumağa başlayıb. Həmin vaxt iştirakçılardan bir qrupu hay salaraq, kobud və təhqiramiz bir şəkildə ondan türkcə şeir əvəzinə, farsca şeir oxumağı tələb edib.

ceferi_husheng

Davamı...
Şərhlər(0) Yazını "XəbərNamə"yə göndər! Bookmark and Share Baxış sayı:91 May 1, 2008 13:51

"BU MİLLƏTDƏN VƏ ALLAHDAN QORXUN!"

Mesiha May 1, 2008 1:46

Sabir Rüstəmxanlının İran İslam Respublikasının
rəhbəri Seyid Əli Xameneyiyə açıq məktubu


Hörmətli cənab Xameneyi!
Ömrün elə yaşı gəlir ki, insan özündən vəzifəcə yuxarıdakıların, ona hökm edənin heç birini görmür, başının üstündə tac-taxtlar, prezident mövqeləri olsa da, nə hökmdar qəzəbinin, nə cəllad qılıncının heç bir mənası qalmır, dünyanın bir-birindən o qədər də çox fərqlənməyən varıyla yoxunun, ağalıqla qulluğun fövqündə olan Böyük Yaradanla üz-üzə olduğunu görür, ona qovuşmağa hazırlaşır.
Bir dəfə gənc jurnalistlər məndən soruşmuşdular: "Sizcə, insan öləndə niyə ağlamır?" Cavab vermişdim ki, "yəqin anlayır ki, Allah göz yaşlarına inanmır. Onu da görürlər ki, itirdikləri tapdıqlarının yanında heç bir şeydir".
Bizim belə bir yaşımızdır! Bu dünyadan çox, Allah qarşısında verəcəyimiz hesabatı düşünməliyik. Ancaq o hesabatın yalnız şəxsi əməllərilə bağlı olduğunu düşünənlər yanılırlar. Hər bir insan fərd olmaqla yanaşı həm də cəmiyyətin bir parçasıdır; özüylə yanaşı yaşadığı dünyanı, keçib getdiyi yolu və o yolun ətraflarını da fikirləşməlidir; "mən orucumdan, namazımdan qalmamışam" deməklə aradan çıxmaq olmaz: pis deyilsən, ancaq pisliklərə dözmüsən, qaniçən deyilsən, ancaq qaniçənlər mühitinin iştirakçısı olmusan... - bunların da hesabatının aparılacağını Siz məndən yaxşı bilirsiniz.
Mən din xadimi deyiləm, ancaq Allah adamıyam. Saysız-hesabsız Allah, Quran, Peyğəmbər adından danışan, amma əslində cəhalət məddahları var ki, Allahlarından xəbərləri yoxdur, şeytana xidmət edirlər.

sabir2

Davamı...
Şərhlər(1) Yazını "XəbərNamə"yə göndər! Bookmark and Share Baxış sayı:127 May 1, 2008 1:46

  Yazılar cəmi: 10   
© 2007 Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Materiallardan istifadə edilərkən qaynaq mütləq göstərilməlidir - Dəstək: AzeriBlog.com