MİRZƏ ƏLİ MÖCÜZ YARADICILIĞININ TƏDQİQİ VƏ NƏŞRİ TARİXİNƏ DAİR
Öz xalqının intibahı uğrunda yazıb-yaradan mütərəqqi dünyagörüşlü mübariz Azərbaycan şairi, əsərlərini əsasən ana dilində yazmış böyük satirik Mirzə Əli Möcüzün ədəbi irsi panfarsist hakimiyyət dövründə İranda təbii ki, çap edilə bilməzdi. Rza şah diktatorluğu devrildikdən sonra, Azərbaycanda Milli Hökumət fəaliyyət göstərdiyi bir dövrdə Möcüz əsərlərinin nəşri üçün əlverişli şərait yarandı. Şairin 252 səhifəlik ilk seçilmiş əsərləri 1945-ci ildə tədqiqatçı Qulam Məmmədlinin təşəbbüsü ilə SSRİ ilə İran arasında Mədəni Əlaqələr Cəmiyyəti Təbriz şöbəsinin nəşriyyatında çap edilir. Mətbuat səhifələrində Möcüzün məfkurə və yaradıcılığına dair məqalələr dərc edilməyə başlayır. O dövrdə istər Qulam Məmmədlinin, istərsə də digər müəlliflərin yazdığı bu məqalələrlə möcüzşünaslığın təməli qoyulur. Şairin əsərləri Şimali Azərbaycanda da Qulam Məmmədlinin tərtibçiliyi və ön sözu ilə 1948, 1954, 1982-cı illərdə nəşr edilir. Kitabdan-kitaba Möcüzün seçilmiş əsərlərinə daxil edilən şeirlərin sayı artır. 1963-cü ildə isə şairin seçilmiş əsərləri Pançenko familiyalı tərcüməçi tərəfindən rus dilinə çevrilərək çap edilir.

Davamı...
Baxış sayı: 104
Açar sözlər:
Adəti üzrə bir çox farslar, xüsusən məmurlar, siyasətçilər və qələmi ilə onlara xidmət edənlər fars dili üçün «milli», İranda yayılmış digər dillər üçünsə «məhəlli» sifətini işlədirlər. Əslində fars millətindən olan dövlət adamları və qanunvericilərin öz dillərini, hətta hər hansı başqa bir dili milli dil kimi (ünsiyyət dili kimi yox) müəyyənləşdirməyə haqqı olub-olmaması məsələsinin ölkədə ən geniş miqyasda müzakirəyə ehtiyacı olsa da, mən indilik İranda türk dilinin «məhəlli dil» olması iddiasını araşdırmaq niyyətindəyəm və mətləbi uzatmadan «İran türklərinin milli coğrafi lüğəti» kitabından bir hissəni aşağıda nəql edirəm. Bu kitabdan aydın olur ki, türk dili ölkənin cənub-şərqində, yəni Pakistanla sərhəddə yerləşən bir bölgədən savayı, İranın bütün ərazisində tarixi və təbii surətdə yayılmışdır. Ölkənin bütün ərazisinə yayılmış yeganə dil olan türk dilinin «məhəlli» adlandırılması əgər İranın etnik coğrafiyasından xəbərsizlikdən irəli gəlmirsə, onda hakim millətin ifrat şovinist meyllərinin təzahürüdür. Hər iki halda bu yanlış iddianın İran qanunlarında, o cümlədən, mövcud reallığın əksinə olaraq özbaşına surətdə fars dilini «milli», türkcəni isə «məhəlli» deyə təqdim edən Əsas Qanunda əksini tapması, şübhəsiz, böyük xətadır, ölkə və onun əhalisi üçün problem yaradan bir məsələdir.
Davamı...
Baxış sayı: 105
Açar sözlər:
"Biz inanırıq ki, Azərbaycan xalqının öz milli və insani haqları uğrunda apardığı sivil-mədəni mübarizə mütərəqqi dünya dövlətləri və millətləri tərəfindən diqqətlə izlənəcək və dəstəklənəcəkdir".
AMAT-ın sözçüsü Çingiz bəy Göytürkün Avropa Parlamentində çıxışı
Dəyərli millət vəkilləri!
Hörmətli xanımlar və bəylər!
Azərbaycanın Güneyi ilə ilgili problemləri araşdırmaq, bu problemlərin beynəlxalq normalar və dəyərlər çərçivəsində həllinə yönəlik yollar aramaq məqsədi ilə Azərbaycan Milli Azadlıq Təşkilatı (AMAT) adına Sizinlə fikirlərimi paylaşmaqdan son dərəcə məmnun olduğumu ifadə etmək istəyirəm.
Bilindiyi kimi, "İran" adı mifik bir addır və tarix boyu nə real bir coğrafi anlayış kimi, nə də gerçək bir siyasi anlayış kimi ”İran” adlı bir ölkə və ya dövlət olmamışdır. Bu bölgədə real coğrafi ərazi adı kimi Azərbaycan, Persiya və b. adlar mövcud olmuş, real dövlət adı kimi isə yalnız xanədan, sülalə və tayfa adları işlədilmişdir. Örnəyin: Madlar, Həxamənşilər, Səlcuqlular, Səfəvilər, Əfşarlar və s.
1935-ci ildə Rza Pəhləvinin fərmanı ilə ”İran” adı rəsmən qəbul edildi və bununla da bölgədəki etnik, kültürəl və s. müxtəlifliklər inkar olundu. Fars şovinizmi müxtəlif xalqlara qarşi hərbi, siyasi, kültürəl zorakılıqlar uyqulayaraq ”Tək dövlət, tək millət, tək dil” yaratmağa və bölgənin bütün tarixinin, bütün mədəniyyətinin yalnız farslara məxsus olduğunu qəbul etdirməyə çalışdı.

Davamı...
Baxış sayı: 88
Açar sözlər:
Milli zülm barədə istənilən söhbət çox zaman bəzi üçüncü dünya ölkələrindəki hökumətlər tərəfindən hakimiyyətləri altında olan, çeşidli dillərə və mədəniyyətlərə malik xalqların və millətlərin mədəni kimlik və dilinin məhv edilməsini nəzərdə tutur. Milli zülm hökumətlər tərəfindən adətən minlərələ iqtisadi, mədəni, təbliğati üsullarla və milyardlarla milli sərvətin sərf olunması yolu ilə gerçəkləşdirilir.
Milli zülm bir qayda olaraq, müxtəlif formalarda həyata keçirilir:
1. Siyasi zülm: Məsələn, azlıqları təmsil edən şəxslərin siyasi həyatda səmərəli iştirakına imkan verilməməsi.
2. Mədəni zülm: Məsələn, müəyyən dilin, yaxud ləhcənin öyrənilməsi və işlənməsinə, kütləvi informasiya vasitələrində onlardan itifadə olunmasına qadağa qoyulması.
3. İqtisadi zülm: Bu zaman hakim dairələr xüsusi bir proqram əsasında azlıqların iqtisadi mənfəətlərini azaltmağa və ya onun qarşısını almağa çalışır.
4. Fiziki zülm: Məsələn, azlıqların zorla öz ərazilərindəki müəyyən bölgədə, yaxud başqa ərazilərdə yerləşdirilməsi, başqa etnik qruplara mənsub fərdlərin məskunlaşdırılması yolu ilə onların torpağının ələ keçirilməsi və bununla da həmin azlığa məxsus ərazidə əhalinin demoqrafik strukturu və nisbətinin dəyişdirilməsi.
Davamı...
Baxış sayı: 199
Açar sözlər:
Güney Azərbaycanda "Seyid" adı ilə məşhur olan şair Mircəlil 1959-cu ildə Muğan bölgəsində – Germidə doğulub. Uşaq ikən ailəsi ilə birgə Parsabada köçüb. "Qanlı Günəş" ("Babək" poeması) adlı ilk kitabı 2005-ci ildə işıq üzü görüb və ədəbi ictimaiyyət tərəfindən yüksək qiymətləndirilib. Aşağıdakı şeir həmin poemadan bir parçadır.
Atların kişnəsi qovzandı yenə, düşdü savaşlar,
Nizə-xəncər savaşında kəsilib oynadı başlar,
Toqqaşır başlara daşlar,
Vurulur nizəyə başlar.
Nə qədər töksə də qan doymayacaqdır gözü aclar,
Qana dönsün belə taclar,
Yolunur zülm ilə saçlar.
Bağlayıb qol-qola düşmən aparır qızları bir-bir,
Dinənin, dinməyənin batmada ulduzları bir-bir,
Qızarır üzləri bir-bir,
Yumulur gözləri bir-bir,
Seçilir düzləri bir-bir.
Yaramazlar görüsən tez əkilir yüzləri bir-bir,
Titrəyir dizləri bir-bir,
Dəyişir sözləri bir-bir.
Davamı...
Baxış sayı: 96
Açar sözlər:
1945-46-cı illər Güney Azərbaycan Milli Hökumətinin rəhbəri Seyid Cəfər Pişəvərinin nəvəsi, Harvard universitetinin doktoru, Dubaydakı Amerika Universitetinin psixologiya müəllimi İbrahim Pişəvərinin "Turan" agentliyinə müsahibəsi
- İbrahim bəy, öncə özünüz barədə oxuculara məlumat verərdiniz?
- Əvvəlcə onu deyim ki, uzun müddət Ənzəlidə yaşasaq da, əslən Xalxallıyıq, bizimkilər sonradan Ənzəliyə gəliblər və atam burada gəmi kapitanı olub. Özüm isə aşağı-yuxarı 30 ildir ki, ABŞ-da yaşayıram, İran və Azərbaycan tarixilə bağlı bilgilərə bələdəm və hər iki Azərbaycanın ictimai həyatında yeri olan Dünya Azərbaycanlıları Konqresinin təsis konfransından Strasburqdakı 6-cı qurultayına qədər olan tədbirlərində iştirakçı olmuşam. Azərbaycanın tarixində çox şərəfli insanlar və liderlər var, həm də İranın dövlət olaraq yaranmasında azərbaycanlıların xüsusi rolu olub və düşüncəmə görə, Səttarxan, Bağırxan, Şeyx Məhəmməd Xiyabani bu liderlər sırasında ilk yerləri tuturlar.

Davamı...
Baxış sayı: 130
Açar sözlər:
yaxud
"URMİYALI TƏDQİQATÇI"NIN "SƏHƏR" TELEVİZİYASI
AZƏRBAYCAN BÖLMƏSİNİN MÜDİRİNƏ CAVABI
"Nəyə görə Bakıdan bir səs eşidiləndə, mütləq təbrizli adı və tehranlı düşüncəsi
ilə cavab verilməlidir?"
Azərbaycan Respublikasının prezidentinə açıq məktub yazmış "təbrizli tədqiqatçı"ya Bakıda yaşayan iranlının cavabı barədə məlumatı və həmin cavabdan müəyyən parçaları aşağıda vermişik. Bu cavab barədə ilkin informasiya "Bakıda yaşayan fars"dan "Təbrizdə yaşayan türk"ə cavab!" başlığı ilə "Türkük biz" vebloqunda yerləşdirilmiş, məktubun farsca tam mətni isə Güneyli tanınmış yazar Heydər Bayatın saytında dərc olunmuşdu. Mən peşəkar jurnalist və şərhçı kimi xeyli müddət mühüm bir agentlikdə çalışmış qeyri-azərbaycanlının öz cavabında İran İslam Respublikasının ikibaşlı siyasətini, işğalçı Ermənistanla sıx ilişgilərini, Azərbaycan Respublikasına yönəlik xəttini tənqid etməsi faktını önəmli sayıb onu zəruri izahlarla müxtəsər şəkildə dilimizə çevirərək bloqumda yerləşdirdim. Ardınca "Mediaforum" saytı müəyyən dəyişikliklə həmin mətni yaydı. Daha sonra bu variant "GünAz TV"-nin saytında və "Qaynar.info"da yer aldı. Amma məsələ bunda deyil. Məsələ burasındadır ki, cənab Əli Əsğər Şəfiiyanın "təbrizli tədqiqatçı"ya ünvanladığı cavaba İrandan sərt təpki gəlib. O da vaxt itirmədən daha bir cavab yazmalı olub.
Davamı...
Baxış sayı: 142
Açar sözlər:
Yazılar cəmi: 7