Reklam verin!

Blog Haqqında

Mesiha
Məsiağa Məhəmmədinin bloqu
Technorati Profile
Add to Technorati Favorites
Page copy protected against web site content infringement by Copyscape

Axtarış

Keçidlər

Açar sözlər

Sayğac

  • İndi blogda: 38
  • Keçən ayın hiti: 7559
  • Dünənki hit: 234
  • Bugünkü hit: 77
  • Ümumi hit: 41817
    • Google PageRank Checker
        Cultural  Blogs - Blog Catalog Blog Directory

۞ GƏLƏCƏK GÜN ۞

O GÜN MÜTLƏQ GƏLƏCƏK, YAZIN GƏLİŞİ KİMİ...

GÜNEY AZƏRBAYCANIN İSTİQLAL YOLU

Mesiha May 9, 2008 7:07

(Quzeydə və Güneydə milli hərəkatların müqayisəsi kontekstində)

Son iki onillikdə milli-siyasi və milli-mədəni haqlar uğrunda Azərbaycanın Quzey və Güney hissələrində gedən hərəkatları müqayisə etdikdə, bir sıra maraqlı paralellər və ümumi cəhətlər diqqəti çəkir. Baxmayaraq ki, Quzeydə bu hərəkat çoxsaylı çətinliklərdən və itkilərdən keçərək, milli iradənin gerçəkləşməsi, yəni müstəqilliyin əldə olunması ilə sonuclanmış, Güneydə isə ağır şərtlər altında, enişli-yoxuşlu bir yolla hələ davam etməkdədir. Ölkədaxili aspektdə hər iki hərəkatın gedişinə önəmli təsir göstərən amil "mərkəz"in demokratik dəyişikliklər və liberallaşma kursunu ("yuxarıdan islahatlar") başlatması olmuşdur. Qorbaçovun məşhur yenidənqurması ilə keçmiş SSRİ-ni bürüyən ictimai oyanış ("aşağıdan hərəkatlar") qısa bir zamanda demokratik istəklərlə yanaşı, milli tələblərin səslənməsinə gətirib çıxardı. Bunun "təhlükəsini" yaxşı anlayan mühafizəkar çevrələr siyasi kursun dəyişdirilməsinə cəhd edib repressiv metodların işə salınmasına nail oldular. Bakıdakı yanvar qırğını, kütləvi həbslər, fövqəladə vəziyət, senzura və s. bu xəttin təzahürləri olaraq, Quzeydə milli hərəkatın susdurulmasına yönəlmişdi. Lakin həmin xətt müvəqqəti uğur qazansa da, artıq dönməz xarakter almış hərəkatın qarşısını kəsə bilməzdi. Bilmədi də… 1997-ci ildən etibarən islahat atmosferinin yaratdığı imkanlardan bəhrələnərək, özünün yeni mərhələsinə daxil olan Güney Azərbaycan milli hərəkatı da təqribən eyni yolu keçmiş, az sonra mühafizəkar qüvvələrin səyi ilə vətəndaş hüquqlarının (ilk növbədə, aktiv seçki hüququnun) məhdudlaşdırılmasına, qəzet və dərgilərin bağlanmasına, milli fəallara qarşı həbs və təzyiq kampaniyasının həyata keçirilməsinə baxmayaraq, dönməz bir səciyyə kəsb etmişdir. 2006-cı ilin may qiyamı bu dönməzliyin parlaq sübutuna çevrilmişdir.  

tebriz22 

Davamı...
Şərhlər(0) Yazını "XəbərNamə"yə göndər! Bookmark and Share Baxış sayı:88 May 9, 2008 7:07

PANİRANİSTLƏRDƏN YENİ TƏŞƏBBÜS

Mesiha Aprel 4, 2008 5:46

Öz içində didişən təşkilatımızın nəzərinə

Bu günlərdə özünü "Demokratik İranın bütövlüyü uğrunda Azərbaycan hərəkatı" (Azarbayejan (məhz belə! – M.M.) Movement for Integrity of Democratic Iran) adlandıran bir təşkilatın ilk bəyanatı yayılıb. "Azərbaycan İranın azadlığı, demokratikləşməsi və bütövlüyünün təminatçısıdır" başlıqlı bəyanat tarixə qısa ekskursla başlayır. Midiyadan, Zərdüştdən, Atropatdan, Babəkdən ötəri şəkildə bəhs edən bəyanat müəllifləri Şah İsmayılın tarixi rolunu belə dəyərləndirirlər: "Şah İsmayıl… gənc yaşlarında Abbasilər xilafətindən üzü bəri səkkiz yüz il ərzində dağınıq şəkildə ərəblər, osmanlılar, özbəklər (?) tərəfindən idarə olunan hakimiyyətlərə son qoyaraq büsbütün İran səciyyəli güclü bir dövlət yaratdı".

shovinism

Davamı...
Şərhlər(2) Yazını "XəbərNamə"yə göndər! Bookmark and Share Baxış sayı:181 Aprel 4, 2008 5:46

KURUŞ BABƏKƏ QARŞI?!

Mesiha Fevral 10, 2008 9:31

Mənim və şərqşünas həmkarlarımın bir şair və ədəbiyyatşünas kimi yaxşı tanıdığı İsmayıl Nuri Əlanın silsilə məqalələr şəklində yaydığı "Cümə söhbətləri" ilk təsadüfdəcə diqqətimi çəkdi, çünki hörmətli ədib bu yazılarında, necə deyərlər, yeni bir ampluada – milli ideoloq və sosioloq qismində çıxış edirdi. Özü də necə? Tam şovinist və hegemonçu bir ruhda! Bir yerə toplayıb saf-çürük etməyə başladığım həmin məqalələrə dəyərli soydaşlarımız Aydın Təbrizinin və İşıq Sönməzin məntiqli və tutarlı cavablarını oxuyandan sonra, düzü, onlara münasibət bildirmək fikrindən vaz keçdim. Üstəlik bu məqalələrə başqa cinah və yönlərdən də tənqidlər yazılmışdı. Amma ardınca cənab Nuri Əlanın başqa bir "cümə söhbəti" ilə tanış oldum və "Babək Xürrəmdin həm də mənimkidirmi?" başlıqlı həmin məqalədə qabarıq görünən bəzi məqamlar bu yazını yazmağıma təkan verdi. 

babek 

Davamı...
Şərhlər(0) Yazını "XəbərNamə"yə göndər! Bookmark and Share Baxış sayı:110 Fevral 10, 2008 9:31

ŞƏHRİYAR VƏ ZƏMANƏMİZ

Mesiha Noyabr 23, 2007 2:58
yaxud
«İpəkdən qəzil olmaz»


Poeziya yaranandan bəri üç mövzu onun əsasını təşkil edib: ayrılıq, məhəbbət və ölüm. Bu mövzuların bədii yaradıcılığın təməlində durması əslində insanın bir varlıq kimi təbiəti, yaradılışının xarakteri ilə şərtlənib. Həmin şərtlənmə ümumən insanın mahiyyəti və xislətinin istər mifoloji, istər dini, istərsə də elmi-fəlsəfi izahı ilə təsdiq olunur. Və hər şair öz istedadı, başqa sözlə, vücudunda daşıdığı ilahi nurun – çınqının hərarəti səviyyəsində (və dilin məhdud imkanları çərçivəsində) göstəri¬lən mövzuları qələmə alır, onların fərdi ifadəsini, şərhini, açımını və həllini təqdim edir. Nəticə etibarilə həmin mövzular heç zaman və heç bir şairin yaradıcılığında ifadə potensiyasını tükəndirmir, qəti həllini tapmır və ona görə də əbədi mövzular statusunda yaşayaraq, dünyanın sonuncu şairinə doğru yolunu davam etdirir.

                         Shahriyar

Davamı...
Şərhlər(0) Yazını "XəbərNamə"yə göndər! Bookmark and Share Baxış sayı:99 Noyabr 23, 2007 2:58

TƏBRİZDƏN DOĞAN GÜNƏŞ

Mesiha Oktyabr 16, 2007 22:09
Təbrizlilərə «xər» deyən kəs bunu öz eşşəkliyindən deyib. O nə görüb? Bir şeyi görmədiyi və bilmədiyi halda bu sözü necə deyir?! Orada elə kişilər olub ki, mən onların ən kiçiyiyəm. Dəniz saman çöpünü qırağa tulladığı kimi, o dərya da məni kənara atıb. Mən beləyəmsə, gör onlar necədir!
                                                                               Şəms Təbrizi


Şəms Təbrizi kim idi? 1244-cü ilin bir payız günü dəvətsiz-filansız Konyaya gəlib şəhərin ən hörmətli ruhanisi, məşhur şeyx Bəhaəddin Vələdin oğlu Cəlaləddin Ruminin həyatını alt-üst edən, onu «fitvalar verən şeyxdən şairə çevirən» (Sultan Vələd), «minbərdə vüqarla oturduğu halda küçədəki uşaqların oyuncağına döndərən» (Mövlana) bu şəxs necə bir insan idi və buna necə nail oldu? Bu sual təkcə müasir tədqiqatçıları və onların sələfləri olan orta əsr təzkirəçilərini deyil, həm də hadisənin canlı şahidlərini – Mövlananın yaxın ətrafını və bütövlükdə Konya əhlini ciddi şəkildə maraqlandırmış və düşündürmüşdür.


shams

Davamı...
Şərhlər(2) Yazını "XəbərNamə"yə göndər! Bookmark and Share Baxış sayı:156 Oktyabr 16, 2007 22:09

BÜTÖV AZƏRBAYCANIN ŞAİRİ

Mesiha Avqust 12, 2007 4:50
Sabir Rüstəmxanlının 60 yaşına

Tarix boyu ədəbiyyatda və sənətdə, ictimai həyatda və siyasətdə, dində və fəlsəfədə mövqeyini, əqidəsini, baxışlarını, bir sözlə, yolunu dəyişənlər çox olub. Mən, əlbəttə, tez-tez cildini dəyişən buqələmunları, külək hara əsdi, ora dönənləri, mənsəb, sərvət və şöhrət xatirinə gündə min sifətə düşənləri nəzərdə tutmuram. Söhbət həqiqət axtarışı prosesində müəyyən daxili zehni və ruhi təbəddülatın, yaxud hansısa kənar hadisə və ya insanın təsiri nəticəsində ciddi bir şəxsdə baş verən əsaslı və köklü dəyişiklikdən gedir. İstər keçmişdə, istərsə də günümüzdə bunun örnəkləri yetərincədir.

sabir_20rustemxanli

Davamı...
Şərhlər(0) Yazını "XəbərNamə"yə göndər! Bookmark and Share Baxış sayı:151 Avqust 12, 2007 4:50

GÜNƏŞ HƏLƏ SÖNMƏYİB

Mesiha Avqust 3, 2007 6:56
Bakı səndən, sən Bakıdan ummada,
Donuq qanlar özgədən qan ummada,
Ümid yoxdu bu dünyadan ummada,
Yıxıq könlüm sən özün qur, Təbrizim,
Zaman gedir, ayağa dur, Təbrizim!


Sabir Rüstəmxanlı


Nəhayət, Təbriz ayağa durdu. Bütün pessimist proqnozlara, «Güneydə milli hərəkat yoxdur», «güneylilər İranı öz dövlətləri sayırlar» kimi yanlış düşüncələrə rəğmən iradəsini ortaya qoydu. Ardınca da Ərdəbili, Urmiyanı, Marağanı, Zəncanı..., fars şovinizminin düşünülmüş siyasəti nəticəsində tikə-tikə edilərək müxtəlif «ostan»lar arasında paylanmış Güney Azərbaycanın neçə-neçə şəhərlərini ayağa qaldırdı. «Güneylilər özlərini iranlı bilirlər» kimi ara söhbətləri Təbriz gənclərinin «haray, haray, mən türkəm!» hayqırtısı önündə sabun köpüyü tək partladı. Cənubdakı soydaşlarımızın neçə illərdən bəri davam edən milli kimlik davası, azadlıq mücadiləsi son hadisələrlə özünün yeni mərhələsinə daxil oldu.

        may_qiyam

Davamı...
Şərhlər(0) Yazını "XəbərNamə"yə göndər! Bookmark and Share Baxış sayı:70 Avqust 3, 2007 6:56

«ŞİMALİ İRAN GƏRƏK AZAD OLA...»

Mesiha Avqust 2, 2007 0:49

Fars şovinizminin antitürk və antiazərbaycan təbliğatının onillliklərlə ölçülən tarixi vardır. Beşiyi başında Əhməd Kəsrəvilərin, Mahmud Əfşarların durduğu bu təbliğat maşını hazırda ənənəvi metod və tezislərini yaşatmaqla yanaşı, öz arsenalını dövrün tələblərinə uyğun yeni forma və müddəalarla zənginləşdirmiş, daha məkrli və aqressiv bir səciyyə kəsb etmişdir. Həmin dəyişikliyi şərtləndirən amillərdən ən başlıcası son 15 ildə müstəqil Azərbaycan dövlətinin mövcudluğudur. Bu faktı heç cür sinirə bilməyən və onun Güney Azərbaycana böyük təsirindən təşvişə düşən fars şovinizminin ideoloqları öz təbliğatlarında təkcə Güney Azərbaycan əhalisini deyil, həm də Azərbaycan dövlətçiliyini hədəfə almışlar. Müşahidələr göstərir ki, ötən ilin may ayında Güney Azərbaycanı bürüyən və milli hərəkatın varlığını dünyaya bəyan edən «haray, haray, mən türkəm!» sədaları bu təbliğatın sükanı arxasında duranları bütün imkanlarını səfərbər etməyə və öz haqqını tələb edən milyonların qarşısına «ən yaxşı müdafiə hücumdur» taktikası ilə çıxmağa vadar etmiş, rejim öz cəza aparatını gücləndirməklə bərabər, ideoloji təxribatlarını da artırmışdır. 

                     shimali_iran1

Davamı...
Şərhlər(0) Yazını "XəbərNamə"yə göndər! Bookmark and Share Baxış sayı:105 Avqust 2, 2007 0:49

  Yazılar cəmi: 8   
© 2007 Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Materiallardan istifadə edilərkən qaynaq mütləq göstərilməlidir - Dəstək: AzeriBlog.com