Reklam verin!

Blog Haqqında

Mesiha
Məsiağa Məhəmmədinin bloqu
Technorati Profile
Add to Technorati Favorites
Page copy protected against web site content infringement by Copyscape

Axtarış

Keçidlər

Açar sözlər

Sayğac

  • İndi blogda: 20
  • Keçən ayın hiti: 7559
  • Dünənki hit: 234
  • Bugünkü hit: 58
  • Ümumi hit: 41798
    • Google PageRank Checker
        Cultural  Blogs - Blog Catalog Blog Directory

۞ GƏLƏCƏK GÜN ۞

O GÜN MÜTLƏQ GƏLƏCƏK, YAZIN GƏLİŞİ KİMİ...

Məhəmmədəli Hüseyni. "TƏSXIR EDİBDİ HƏR YERİ ƏŞARI MÖCÜZÜN..."

Mesiha İyun 30, 2008 15:43

MİRZƏ ƏLİ MÖCÜZ YARADICILIĞININ TƏDQİQİ VƏ NƏŞRİ TARİXİNƏ DAİR  

Öz xalqının intibahı uğrunda yazıb-yaradan mütərəqqi dünyagörüşlü mübariz Azərbaycan şairi, əsərlərini əsasən ana dilində yazmış böyük satirik Mirzə Əli Möcüzün ədəbi irsi panfarsist hakimiyyət dövründə İranda təbii ki, çap edilə bilməzdi. Rza şah diktatorluğu devrildikdən sonra, Azərbaycanda Milli Hökumət fəaliyyət göstərdiyi bir dövrdə Möcüz əsərlərinin nəşri üçün əlverişli şərait yarandı. Şairin 252 səhifəlik ilk seçilmiş əsərləri 1945-ci ildə tədqiqatçı Qulam Məmmədlinin təşəbbüsü ilə SSRİ ilə İran arasında Mədəni Əlaqələr Cəmiyyəti Təbriz şöbəsinin nəşriyyatında çap edilir. Mətbuat səhifələrində Möcüzün məfkurə və yaradıcılığına dair məqalələr dərc edilməyə başlayır. O dövrdə istər Qulam Məmmədlinin, istərsə də digər müəlliflərin yazdığı bu məqalələrlə möcüzşünaslığın təməli qoyulur. Şairin əsərləri Şimali Azərbaycanda da Qulam Məmmədlinin tərtibçiliyi və ön sözu ilə 1948, 1954, 1982-cı illərdə nəşr edilir. Kitabdan-kitaba Möcüzün seçilmiş əsərlərinə daxil edilən şeirlərin sayı artır. 1963-cü ildə isə şairin seçilmiş əsərləri Pançenko familiyalı tərcüməçi tərəfindən rus dilinə çevrilərək çap edilir.

mirzeli_mocuz

Davamı...
Şərhlər(2) Yazını "XəbərNamə"yə göndər! Bookmark and Share Baxış sayı:12 İyun 30, 2008 15:43

Cavanşir Yusifli. "BAKI-TƏBRİZ" YOLA DÜŞDÜ

Mesiha Aprel 3, 2008 4:14

(Bu məqalə 2006-cı ildə müəyyən fasilədən sonra yeni yaradıcı heyətlə və tam yeni yöndə nəşrə başlayan "Bakı-Təbriz" dərgisinin ilk (sıra baxımından dördüncü) sayı barədə yazılıb və elə o vaxt "525-ci qəzet"də çap olunub)

Dünya azərbaycanlılarının dərgisi olan «Bakı-Təbriz» yola düşdü, yükü - bütöv, vahid Azərbaycan idealı. Dərginin builki birinci sayı əvvəlki saylarından kəskin şəkildə fərqlənir, mözusu, münədricəsi, açıq-aydın konsepsiyası, Azərbaycan məsələsinə daha dürüst münasibət bəsləməsiylə. Bu sayın çapıyla həm də, mübaliğəli görünməsin, Güney Azərbaycan məsələsinə vahid elmi baxışın formalaşması yönündə çox ciddi bir addım atılmışdır. Sonrakı saylar da bu istiqamətdə davam etsə, çox ciddi taleyüklü araşdırmaların nəticələrinin şahidi olacağıq. Dərginin baş yazarı, görkəmli naşir Məsiağa Məhəmmədi salamlama yazısında elə bil ki, bu zərurətə işarə vuraraq yazır: «...Məqsədimiz ümumiyyətlə, o taylı-bu taylı Azərbaycanın tarixinə, mədəniyyətinə, məişətinə, düşüncəsinə güzgü tutmaq, sözün tam mənasında dünya azərbaycanlılarının dərgisi olmaqdır. Məşhur misralara azacıq dəyişiklik etsək, Azərbaycan heç kimin deyil, həm də hamımızındır. Biz hamımızın dərdlərindən yazacığıq».

jurnal1

Davamı...
Şərhlər(0) Yazını "XəbərNamə"yə göndər! Bookmark and Share Baxış sayı:94 Aprel 3, 2008 4:14

Arif Kəskin. PJAK: PKK-nın BÖLGƏDƏ YENİ MİSSİYA AXTARIŞI

Mesiha Fevral 10, 2008 9:16

PJAK (Kürdüstan Azad Həyat Partiyası) son dövrdə PKK, Şimali İraq, sərhəd dışı əməliyyat və ABŞ-Türkiyə-İran əlaqələri müstəvisindəki hər müzakirədə gündəmə gəlməkdədir. PJAK-ın bu müzakirələrdəki rolu isə PKK-nın bölgədəki varlığını, yönünü və taleyini təyin edə biləcək açar anlayış kimi görünməkdədir. Son dövrdə bu qədər əhəmiyyətli hala gələn bu təşkilat haqqında o qədər də geniş məlumat olmadığından bir çox suallar beyinləri məşğul etməkdədir. PJAK-ın yaranışı və təşəkkül prosesi, onun PKK, İran, Şimali İraq və ABŞ ilə əlaqələri haqqında həll edilməsi lazım olan bir sıra düyünlər vardır. Bu yazının məqsədi həmin sualları cavablandırmağa çalışmaqdır. Məqalə dörd qısa hissədən ibarətdir. Birinci hissədə təşkilatın quruluş prosesi və məqsədləri nəzərdən keçiriləcək. İkinci hissədə PJAK-ı regional bir gücə çevirən şərait və amillərin təhlilinə çalışılacaq. Üçüncü hissədə PKK-nın "yeni missiya axtarışı", sonrakı hissədə isə İranın daxili siyasət balansında PJAK-ın mövqeyi araşdırılacaq. Yazıya qısa bir ümumi dəyərləndirmə ilə yekun vurulacaq.

pjaklilar 

Davamı...
Şərhlər(0) Yazını "XəbərNamə"yə göndər! Bookmark and Share Baxış sayı:133 Fevral 10, 2008 9:16

Seyid Cəfər Pişəvəri: «TEHRANDAN AZADLIQ UMMAQ BÖYÜK SƏHVDİR»

Mesiha Yanvar 28, 2008 23:12

Güneyşünas alim Əkrəm Rəhimli Seyid Cəfər Pişəvəriyə həsr olunmuş «Burulğanlarda keçən ömür» adlı monoqrafiyasını başa çatdırmışdır. Həmin monoqrafiyada S.C.Pişəvərinin 1945-ci il sentyabrın 10-da (19 Şəhrivər 1324) Təbrizin «Şirü-Xurşid» teatrı salonunda etdiyi 90 dəqiqəlik tarixi çıxışına xüsusi yer ayrılmışdır. Bu çıxışın Güney Azərbaycandakı çağdaş durum üçün aktuallığını nəzərə alaraq, Ə.Rəhimlinin təqdimatında onun bəzi məqamlarını oxucuların diqqətinə çatdırırıq.

S.C.Pişəvəri «Tehranda oturub məqalə yazmaqdan, nitq etməkdən bir nəticə ola bilməyəcəyini yəqin etdikdən» sonra Azərbaycana gəlib xalqın mübarizəsinə yaxından və əməli kömək etməyi qərarlaşdırır. O, özü həmin tarixi nitqində bu haqda demişdir: «Mənim Təbriz məsləkdaşlarımdan çoxusu Tehrandan bir iş çıxmayacağını irəli çəkib deyirdilər: «Azərbaycandan başlamalı, buranı əvvəl islah etməli, Azərbaycan xalqının öz gücü ilə burada Milli bir hökumət vücuda gətirməliyik… Bu şüarla mən Təbriz azadixahlarının təklifi üzrə Tehrandan Azərbaycana hərəkət etdim».

s_c_pisheveri 

 

Davamı...
Şərhlər(0) Yazını "XəbərNamə"yə göndər! Bookmark and Share Baxış sayı:108 Yanvar 28, 2008 23:12

Behruz Həqqi. QANLI 20 YANVAR FACİƏSİ

Mesiha Yanvar 20, 2008 6:58

 «Ruslarla qonşuluqda rahatlıq tapmaq olmaz, buna görə ki,
onların müharibələri bəladır, sulhləri isə ikiqat bəladır»

Abbas Mirzə Qacar

Dəli Pyotr adını daşıyan bir rusun hakimiyyətə gəlişi ilə Rusiyada yeni bir işğalçılıq siyasətinin təməl daşı qoyuldu. O zamandan bu günədək isti sulara əl tapmaq strategiyası müxtəlif ad və formalarla iş üstünə gələn dövlətlər tərəfindən arasıkəsilməz surətdə izlənilib və izlənməkdədir. Bu işğalçı və milli özgürlüklərə zidd olan siyasətin həyata keçməsinə qarşı çıxan iki böyük dövlət vardı – o da dünyaya meydan oxumaq gücü olan türk dünyası idi. Bu dövlətlərin hər ikisi bizim soy-kökümüzdən olan möhtəşəm dağ kimi yenilməz Osmanlı türk və ərazisi isti sularadək uzanan Qacar dövləti idi. Ruslar dünyanın ən əski işğalçi dövləti olan ingilislərin “ayır-buyur” siyasətini mənimsəyərək, onu həyata keçirtmək üçün hər cür qanlı faciə yaratmaqdan belə çəkinmirdilər.

yanvar

Davamı...
Şərhlər(4) Yazını "XəbərNamə"yə göndər! Bookmark and Share Baxış sayı:121 Yanvar 20, 2008 6:58

Vidadi Mustafayev. FARS-AZƏRBAYCAN (TÜRK) İDEOLOJİ MÜNASIBƏTLƏRI MÜASIR MƏRHƏLƏDƏ

Mesiha Yanvar 10, 2008 3:45

● Fars milli ideologiyası keçmişə, Azərbaycan milli ideologiyası isə gələcəyə yönəlmişdir

İranda islam inqilabdan sonra paniranist ideya və dəyərlər dini ideologiya və dəyərlərlə əvəzləndi. Dini ideologiyanın, dini dəyər və prinsiplərin aparıcı, rəhbər rolu 1979-cu ildə qəbul olunmuş və 1989-cu ildə əlavələr edilib təkmilləşdirilmiş Əsas Qanunda hüquqi cəhətdən təsbit edildi. İnqilabdan əvvəl milli ayrı-seçkilik, hakim millətçilik özünü daha açıq şəkildə dil məsələsində göstərdiyindən yeni rejim «məhəlli və qövmi» adlandırsa da, qeyri-fars dillərin kütləvi informasiya vasitələrində işlənməsinə və orta məktəblərdə milli ədəbiyyatın tədrisinə icazə verdi (Maddə 15). Bu, əlbəttə, etnik birliklərin dil sahəsində bərabərliyi demək deyildi, amma fars dilinin ağalığını bir qədər məhdudlaşdırırdı. Əvvəlki rejimlə müqayisədə bu, irəliyə doğru zəif bir addım idi, çünki cəmiyyətin polietnik, polilinqvistik strukturu hüquqi cəhətdən təsbit edilir, etnik dillərin məhdudlaşdırılmış formada statusu müəyyən edilirdi.

ideoloji

 

Davamı...
Şərhlər(0) Yazını "XəbərNamə"yə göndər! Bookmark and Share Baxış sayı:105 Yanvar 10, 2008 3:45

Nigar Sultanlı. AZƏRBAYCAN MƏDƏNİYYƏTİ ERMƏNİ ƏSARƏTİNDƏ

Mesiha Dekabr 15, 2007 8:49
Ermənilər təkcə torpaqlarımızın 20%-ni deyil,
mədəniyyətimizin bir parçasını da işğal ediblər
 

Ermənilərin antitürk fəaliyyəti Azərbaycanın ikiyə parçalanması dönəmindən başlayıb. Həmin dövrdə Rusiya imperiyası Azərbaycanın əsarətə dözməyəcəyindən ehtiyatlanaraq, müxtəlif ölkələrə səpələnmiş erməniləri Azərbaycanın Qarabağ bölgəsinə köçürmək planını həyata keçirib. Bu zamandan başlayaraq o, ermənilərdə ifrat millətçi hissləri qızışdırmış, onlara arxa duraraq Azərbaycan əleyhinə yönəltmişdir. Bundan sonra Qafqazda erməni dövləti yaratmaq üçün Azərbaycan torpağında ermənilərin məskunlaşması planını həyata keçirmişdir. Öncə Qarabağın Dağlıq hissəsində ermənilərə muxtariyyət verilməsinə nail olmuş, Ermənistan Respublikası yaratmaq üçün Zəngəzuru ermənilərə vermişdir. Ermənilər Azərbaycanın təkcə mədəniyyətini deyil, bu mədəniyyəti yaradanları da məhv etməyə çalışmışlar. Bunun üçün onlar müxtəlif yollardan istifadə ediblər. Rus Sovet imperiyası zamanı bolşeviklərlə əlbir olaraq Azərbaycanın görkəmli ədəbiyyat, incəsənət, elm adamlarını güllələdib, həbs etdirib, sürgünə göndəriblər, bununla da həmin sahələrin inkişafına ağır zərbə vurublar. Onlar rusların köməyi ilə Azərbaycan torpaqlarında məskunlaşdıqca, Azərbaycan mədəniyyətinə qarşı həm açıq, həm də gizli yollarla sayagəlməz təxribatlar törədiblər, Azərbaycan mədəniyyət nümunələrini özününküləşdirmək istiqamətində də fəal çalışıblar.


shusha

Davamı...
Şərhlər(2) Yazını "XəbərNamə"yə göndər! Bookmark and Share Baxış sayı:220 Dekabr 15, 2007 8:49

Esmira Fuad. 21 AZƏR VƏ GÜNEY AZƏRBAYCAN ƏDƏBİYYATI

Mesiha Dekabr 12, 2007 8:54

Həm 21 Azər hərəkatına hazırlıq getdiyi, həm də hərəkatın qələbəsi və Milli Hökumətin qurulması ilə Azərbaycan tarixinin yeni şanlı səhifələrinin yazıldığı dövrdə Güneydə ədəbiyyatın inkişafında böyük canlanma yaranmışdı. Ədəbiyyat bütün zamanlarda dövrün nəbzini tutmuş, ictimai-siyasi hərəkatlarla bərabər addımlamış, zamanın aynası olmuş, baş verən hadisələri parlaq şəkildə əks etdirmişdir. Çünki xalqın taleyi, həyatı ilə bağlı olan bu böyük məsələlərə yazıçı və şairlər heç vaxt biganə qala bilməz, baş verən hadisə və hərəkatlara laqeydlik göstərə bilməzlər. Xalqımızın ruhunu, arzu və istəklərini qələmə alan, ürəyi, ruhu, varlığı ilə Vətənə, elinə, dilinə bağlı olan vətənpərvər, təəssübkeş qələm sahibləri, şairlər tarix boyu Azərbaycan varlığını, Azərbaycan dilini, Azərbaycan milli mədəniyyətini əks etdirən, qoruyan dolğun, mənalı, kamil bədii əsərlər yaratmışlar.

himn 

Davamı...
Şərhlər(0) Yazını "XəbərNamə"yə göndər! Bookmark and Share Baxış sayı:121 Dekabr 12, 2007 8:54

Pərvanə Məmmədli. «ZƏNCIRDƏ ƏSIRKƏN, YENƏ DƏ HÜRR OLA BILDIK...»

Mesiha Noyabr 29, 2007 1:53
Həmid Nitqinin həyat və yaradıcılığı haqqında qeydlər

Güney Azərbaycanın yüksək amallı ziyalılar nəslinə mənsub olan Həmid Nitqi tanınmış alim, pedaqoq, şair, ədəbiyyatşünas və dilçi idi. O, 1920-ci ildə Təbrizdə doğulmuş, ibtidai təhsilini İranda ilk dünyəvi təhsil sistemini (üsuli-cədid) yaratmış məşhur maarifçi Mirzə Həsən Rüşdiyyənin Təbrizdə açdığı məktəbdə almışdı. H.Nitqi 1933-cü ildə Firdovsi litseyində təhsilini davam etdirir. Həmin litseydlə coğrafiya fənnindən dərs deyən şair Həbib Sahir onda ədəbiyyata, şeirə böyük maraq yaradır. Sonralar qələmə aldığı «Müəllimim» şeiri məhz Həbib Sahirə ünvanlanmışdır. Onun ilk şeiri 15 yaşında «Şahin» qəzetində çap olunur.
Tehran Universitetinin hüquq fakültəsini bitirdikdən sonra H.Nitqi 1943-cü ildə Türkiyəyə gedib orada elmi yaradıcılıqla məşğul olur. İstanbul mühiti onun dünyagörüşü və yaradıcılığında böyük iz qoyur. O hüquqşünaslıq sahəsində biliyini artırmaqla yanaşı, türk dünyasının ədəbi mühiti ilə də yaxından tanış olur. Tehranda adını belə eşitmədiyi şairlərin əsərlərini oxuyur, onların bir çoxu ilə görüşə bilir.

                    nitqi Davamı...
Şərhlər(0) Yazını "XəbərNamə"yə göndər! Bookmark and Share Baxış sayı:95 Noyabr 29, 2007 1:53

Sübhan Talıblı. İRANIN QAFQAZ SİYASƏTİNDƏ ERMƏNİSTAN

Mesiha Noyabr 27, 2007 1:51
(1991-2006-cı illər)

İran İslam Respublikasının (İİR) xarici siyasətində keçmiş sovet məkanı, MDB ölkələrilə münasibətlərə xüsusi diqqət yetirilir. Tehran Cənubi Qafqazda nüfuz uğrunda Qərb dövlətləri, eləcə də Türkiyə ilə ciddi mübarizə aparır. ABŞ və Rusiyanın Qafqaz regionundakı rəqabətindən İran da imkan düşdükcə istifadə edir və bu zaman respublikaların müəyyən problemlərindən faydalanaraq, onları öz tərəfinə çəkməyə çalışır. Tehran bu zaman, əlbəttə, öz maraqlarından çıxış edir.
İran Ermənistan əlaqələri hələ 1918-ji ildə qurulmuşdu. O zaman Ermənistanın Azərbaycana və Gürcüstana qarşı ərazi iddiaları onu Tehrana daha da yaxınlaşdırdı. Bu məqsədlə Prons Hoseb Arbotiyan adlı erməni Tehrana səfir göndərildi.

               ko_ehmed Davamı...
Şərhlər(0) Yazını "XəbərNamə"yə göndər! Bookmark and Share Baxış sayı:284 Noyabr 27, 2007 1:51

  Yazılar cəmi: 18    Sonrakı səhifə »
© 2007 Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Materiallardan istifadə edilərkən qaynaq mütləq göstərilməlidir - Dəstək: AzeriBlog.com