İRAN-ERMƏNİSTAN ƏMƏKDAŞLIĞI GENİŞLƏNİR
Mesiha Avqust 1, 2008 5:03Özünü müsəlmanların hamisi və “qəmxar”ı kimi qələmə verməkdən usanmayan İran rejimi paralel olaraq, müsəlman torpaqlarını işğal etmiş Ermənistan Respublikası ilə siyasi, iqtisadi və mədəni əlaqələrini durmadan genişləndirməkdədir. Artıq bu əməkdaşlıq iri regional iqtisadi layihələr həddinə çatmışdır. İrəvan yaxınlığında İran, Ermənistan və Rusiyanın birgə səyləri ilə tikiləcək neftayırma zavodu bunun bariz nümunəsi sayıla bilər.
Layihə barədə məlumat verən Ermənistanın energetika və təbii ehtiyatlar naziri Armen Movsesyan bildirib ki, hələlik tikintiyə hazırlıq prosesi işçi qruplar səviyyəsində aparılır. Onun dediyinə görə, zavodun qurulması üçün bir neçə il vaxt və 2.5-3 milyard dollar vəsait tələb olunur.







