Reklam verin!
İyul 2, 2008 17:52 tarixində, qaraoyneli tərəfindən, Turan bölməsində yazılib             Baxış sayı:10

     2008-ci ilin yanvarından start verilən «Ergenekon» ssenarisinin iyulun 1-dən başlayan davamı bir çox mətləblərin üzə çıxan görüntüsüdür. AKP iqtidarının «mötədil islam» (Türkiyədə «ılımlı islam» kimi tanınır) modelinə uyğun biçimdə Türk dövlətinin rejiminin dəyişdirilməsi üçün onun bütün strukturlarına sızma siyasəti hələlik planlarına uğun davam edir.

Ergenekon

Davamı...
İyul 1, 2008 18:40 tarixində, qaraoyneli tərəfindən, Turan bölməsində yazılib             Baxış sayı:15

        Ergenekon

    Bu gün Ergenekon əməliyyatı çərçivəsində Türkiyədə yüksək ranqlı tanınmış ictimai xadimlər və keçmiş ordu mənsublarının həbsinə başlanmışdır. Bu günə qədər adda-buda davam edən həbslər sırasında bu gün keçmiş 1-ci ordu komandanı, istefada olan ordu generalı Hurşit Tolon, Atarkçü Düşüncə Dərnəyinin sədri, istefada olan ordu generalı Şener Eruyğur, «Cümhuriyyət» qəzetinin Ankara təmsilçisi Mustafa Balbay, həmin qəzetin baş nəşr işləri müdiri Ufuk Büyükçelebi, tanınmış jurnalist, əslən Qarsdan olan Erol Mütərcimlər, Ankara Ticarət Palatasının rəhbəri Sinan Aygün  həbsə alınmışdır. Rəcəb Tayyib Ərdoğan hazırda 20 nəfərin saxlanıldığını, 4 şəxsin isə axtarışda olduğunu bildirmişdir. Axtarışda olanlar arasında Balıkesirdən olan keçmiş millət vəkili və keçmiş AKP üzvü Turhan Çöməzin və jurnalist Şamil Tayyarın da adı keçir.

Davamı...
May 5, 2008 19:52 tarixində, qaraoyneli tərəfindən, Məqalələr bölməsində yazılib       Şərhlər(0)      Baxış sayı:44

      Iran as a crucial and important actor of international relations system represents four geostrategic theatres. Being involved mostly in Middle East processes in its current activities as a linchpin, Iran is neighbouring with such regions as Caucasus, Central and Southern Asia, as well as coasting the Persian Gulf, and Indian Ocean region entirely. This country, spreading from Middle East to Southern and Central Asia, from Caucasus to Indian Ocean tries to have an influence on the developments not only in the neighbouring countries, but also to communicate it to other nations of the region. The importance of Iran lies on its possession of rich carbohydrate reserves, access to World Ocean and situation on the crossroads of Eurasian heartland and uninterrupted statehood traditions.

Davamı...
Aprel 17, 2008 19:20 tarixində, qaraoyneli tərəfindən, Araşdırmalar bölməsində yazılib       Şərhlər(1)      Baxış sayı:71

Məlum olduğu kimi, ərəb ölkələri ilə Avropa arasında əlaqələr 1973-cü ilədək sadəcə olaraq neftin Yaxın Şərq problemilə əlaqədar məsələlərdə ərəb siyasətinin dəstəklənməsi üçün mübadiləsinə əsaslanırdı. Belə ki, ümumilikdə istər dünyada, istərsə də Ərəb və Avropa arenalarında baş verən dəyişikliklər bu münasibətlərin yenidən nəzərən keçirilməsini və başqa müstəvidən təhlilini tələb edir. Xüsusən, terror amilinin müasir mərhələdə islam və ərəb ölkələri ilə identifikasiyası, habelə terror fenomeninin tərifində ABŞ-ın dövlət başçısı C.Buşun 2006-cı ilin oktyabrında «islam faşizmi» kimi damğanı (6) işlətməklə islamın adını faşizmlə yanaşı çəkməsi, bundan əlavə, bir sıra nəzəri-politoloji ədəbiyyatın hazırkı beynəlxalq prosesləri sivilizasiyaların toqquşması kimi qələmə verməsi, bu bölgüdə Avropanın Amerika ilə birlikdə Qərb sivilizasiyasının təmsilçisi kimi İslam ölkələri sivilizasiyası ilə qarşı-qarşıya qoymaq səyləri kimi amillər (2, 275) bu münasibətlərin məzmununa yeni çalarlar gətirilməsinə xidmət etməkdədir.

Davamı...
Aprel 17, 2008 19:04 tarixində, qaraoyneli tərəfindən, Araşdırmalar bölməsində yazılib       Şərhlər(0)      Baxış sayı:52

İranın «Höccətiyyə» təşkilatı və onun dəst-xətti 

   Dekabrın 14-də Milli Təhlükəsizlik Nazirliyi İran İslam Respublikasının əli ilə Azərbaycan dövlətinə qarşı bəzi planların üstünü açması barədə bilgilər verib. İran xüsusi xidmət orqanlarının bu ölkənin Azərbaycanı dövlət kimi qəbul edə bilməməsindən irəli gələn bu tip əməlləri çoxdan təəccüblü görünməsə də, son hadisə aparılan təxribat-pozuculuq fəaliyyətinin məzmun dəyişikliyindən xəbər verir.Belə ki, Səid Dadaşbəyli adlı gəncin başçılıq etdiyi bildirilən dəstə üzvlərinin etiraflarına əsasən, həmin şəxs özünün xüsusi bir missiya ilə göndərildiyini, şimal torpaqlarında Mehdi Sahib əz-Zamanın ordusunu hazırlamaq tapşırığını aldığını bildirib (Qeyd edək ki, İran dövlət qurumları Cənubi Azərbaycan istilahının qarşılığında Azərbaycan ərazisini şimali İran torpaqları kimi qələmə verməyə çalışırlar). Bu tendensiya, yəni siyasi addımların Mehdinin adı ilə bağlanması kimi cəhdlər İranda, eləcə də xaricdə qızğın müzakirə və araşdırma obyekti olan «Höccətiyyə» təşkilatı barədə fikirlər üzərində dayanmaq ehtiyacını ortaya qoyur.

Davamı...
Aprel 17, 2008 18:57 tarixində, qaraoyneli tərəfindən, Turan bölməsində yazılib       Şərhlər(0)      Baxış sayı:53

YAXUD «ERGENEKON» ƏMƏLİYYATI KİMLƏRƏ QARŞI YÖNƏLİB?


   2008-ci ilin yanvarında Türkiyə polisinin apardığı həbslər millətçi qüvvələrin ifadəçisi kimi tanınmış bir qrup şəxsin adının gündəmə qayıtması ilə nəticələndi. «Ergenekon» əməliyyatında həbsə alınmış və həbsləri davam edən şəxslər əsas etibarilə Türkiyənin daxili siyasətinə yönəlmiş və nəticədə onun regionda rolunun bəlirlənməsinə təsir göstərən kursa milli platformadan yanaşmaları ilə seçilir. Bunlar başlıca olaraq Türkiyədə ordu karyerasına sahib şəxslər, hüquqçular, yerli idarəetmə qurumları mənsublarıdır. Bu sırada general Vəli Kiçiyin, Kamal Kerinçsizin və Sevgi Erenerolun adları daha çox diqqət çəkməkdədir. Həmin həbslər fonunda Türkiyədəki hakim iqtidara müxalifətdə olan qüvvələrin təsnifatına nəzər salmaq faydalı olardı.

Davamı...
Aprel 17, 2008 18:44 tarixində, qaraoyneli tərəfindən, Araşdırmalar bölməsində yazılib       Şərhlər(0)      Baxış sayı:58

        2003-cü ildə ABŞ-ın İraqa müdaxiləsindən sonra Yaxın Şərq regionunda, xüsusilə kürdlərin kompakt yaşadığı ölkələr ətrafında kürd faktorundan istifadənin daha da intensivləşdiyi müşahidə edilir. Kürdlər İraqın yeni dövlət quruluşunun təşkilində əsas xalq kimi iştirak edir (ölkə əhalisi kürd, şiə və sünni kimi üç qrupa bölünüb), icra strukturu və parlamentdə təmsil olunurlar. Paralel olaraq Türkiyədə PKK terror təşkilatının qanlı əməliyyatlarının sayı artıb, hücumlar zamanı isə ictimai rəyə təsir göstərmək üçün məxsusi vaxt seçilir və bu addımlar Türkiyədə leqal şəkildə fəaliyyət göstərən Demokratik Toplum Partiyası, qeyri-hökumət təşkilatları, eyni zamanda media yolu ilə tamamlanır. Üstəlik, Suriya ilə bağlı ABŞ administrasiyasının mövqeyinin kəskinləşməsi fonunda Suriyaya qarşı kürd faktorundan istifadə ediləcəyinə dair planlar hazırlandığı bildirilir (1,5 milyon kürdün yaşadığı həmin ərəb ölkəsinin Qamışlı bölgəsində 2005-ci ildə baş vermiş hadisələr də bu fonda qiymətləndirilir). Bu kontekstdə kürdlərin Suriyada fəaliyyət göstərən «Yekiti» təşkilatının imkanlarından istifadə edilməsini nəzərdə tutan layihələrin mövcudluğu istisna edilmir.

Davamı...
Aprel 17, 2008 18:38 tarixində, qaraoyneli tərəfindən, Araşdırmalar bölməsində yazılib       Şərhlər(0)      Baxış sayı:66

Məşhur Azərbaycan din xadimi Əli Şəriətmədari vilayəti-fəqih konsepsiyasının əleyhinə çıxırdı  

İslamın bir dini dünyagörüş sistemi kimi dinamikasına və zamanın tələbləri ilə ayaqlaşmaq baxımından daxili dialektik imkanlarına dair yanaşmalar müxtəlifdir. İslam dünyasından olan, eləcə də Qərb alimlərinin əksəriyyətinin məsələyə baxışında İslamın ən son səmavi din olaraq yeniliklərə daha açıq olduğu, hər hansı bir dəyişikliyə öz prinsipləri və hökmləri çərçivəsində reaksiya göstərmək üçün potensiala sahib olduğu vurğulanmaqdadır. Bir sıra Qərb alimləri, bu sıradan ABŞ-da yaşayan Bernard Lyuis tipli şərqşünaslar isə islam terrorizmi”, islam radikalizmi”, islam fundamentalizmi” kimi səciyyələndirilən zorakılıq meyillərinin islamın öz təbiətindən irəli gəldiyini iddia etməkdə və sübuta çalışmaqdadırlar.

Davamı...

  Yazılar cəmi: 8